Azərbaycanın Türkiyədəki Səfirliyində də səsvermə prosesi davam edir

Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Türkiyədəki Səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.

576968

Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhər saatlarından başlayaraq səsvermədə fəallıq müşahidə edilir.

İstanbul şəhərində də seçki məntəqəsi Azərbaycanın İstanbuldakı Baş konsulluğunda qurulub.

Məntəqə Türkiyə saatı ilə 08:00-da açılıb. İstanbulda yaşayan azərbaycanlılar 17 saylı Yasamal üçüncü seçki dairəsi 51 saylı seçki mətəqəsinə üz tutublar. İstanbul ətrafı şəhərlərdən Kocaeli və Bursada yaşayan azərbaycanlılar seçkidə aktivlik nümayiş etdiriblər.

Məlumata görə, rəsmi qeydiyyatda olan 956 seçici var. Seçki məntəqəsində ilk səsverən Azərbaycanın İstanbuldakı Baş konsulu Məhsim Hacıyev olub.

Әlaqәli Xәbәrlәr