“Beştərəfli konfrans oktyabr ayında keçirilə bilər”, M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs məsələsinin həlli üçün beştərəfli konfransın oktyabr ayında keçirilə biləcəyini söyləyib.

567363
“Beştərəfli konfrans oktyabr ayında keçirilə bilər”, M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs məsələsinin həlli üçün beştərəfli konfransın oktyabr ayında keçirilə biləcəyini söyləyib.

Prezident Mustafa Akıncı ilə Cənubi Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis Kıbrıs məsələsinin həlli istiqamətindəki müzakirələr çərçivəsində ötən gün BMT-nin nəzarətindəki bölgədə bir araya gəlib.

Prezident Akıncı görüşdən sonra verdiyi açıqlamada Rum icmasının lideri Anastasiadisin “sentyabrın 14-dək açıqlama verilməyəcəyi” ilə bağlı razılaşmaya baxmayaraq görüşlərdən sonra məlumat verməsini tənqid edib.  

“Müzakirələrdə istədəyimiz səviyyədə olmasa da müsbət irəliləyiş var” deyə bildirən Akıncı 2016-ci ili məsələnin həllini tapacağı il olaraq görmə hədəflərini mühafizə etdiklərini söyləyib.

Mustafa Akıncı 26 sentyabrda Nyu-Yorqda üçtərəfli konfransdan əldə ediləcək nəticəyə görə beştərəfli konfransın da okyabr ayında keçirilməsinin vacibliyini dilə gətirib.

Rum tərəfinin zəmanətlər barədəki yazılı təklifini bir düşüncə kimi dəyərləndirən Akıncı deyib ki, narahatlığımıza son qoyacaq bir təklif deyil. Çünki Kıbrıs Türk xalqı öz təhlükəsizliyinə Türkiyə ilə əlaqələndirərək bu çərçivədə nəzər salır. Türkiyəni tamamilə kənarda buraxaraq bir zəmanət sistemi yaratmaq istəyirlər. Kıbrıslı Türklərin bunu zəmanət kimi görmələrini gözləmək qeyri mümkündür.



Әlaqәli Xәbәrlәr