Ölkədə 3 günlük matəm elan edildi

İ.Kərimovun 25 illik rəhbərliyindən sonra Özbəkistan yeni iqtidar quruluşunu müəyyən etməkdədir

564291
Ölkədə 3 günlük matəm elan edildi

  78 yaşlı Özbəkistan prezidenti İslam Kərimovun xatirəsinə ölkədə 3 günlük yas elan olunub.

  İ.Kərimovun 25 illik rəhbərliyindən sonra Özbəkistan yeni iqtidar quruluşunu müəyyən etməkdədir. Dövlət nümayəndələri ölkədə sabitsizliyə yol açacaq hər hansı bir vəziyyətin yaranmaması üçün bu prosesi tezliklə həll etməyə çalışır.

  Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində dünyaya gəlib. Keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi (1989-1991) olub. Özbəkistan SSR Ali Sovetinin qərarıyla 1990-cı ilin 24 martından ölkənin prezidenti idi. 1991-ci ildə Özbəkistanın müstəqilliyi elan olunandan ölkənin ilk prezidenti seçildi.

  İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

  Xatırladaq ki, qızı Lalə Kərimova avqustun 27-də qəfildən vəziyyəti pisləşən və xəstəxanaya yerləşdirilən atasının beyin qanaması, yəni insult keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etdi. Bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə o, Səmərqənddə dəfn olundu.

 İslam Kərimovun ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.  



Әlaqәli Xәbәrlәr