Qırğızıstanda Çin səfirliyinə intihar hücumu

İntiharçı bomba yüklü avtomobili səfirlik binası kompleksinin giriş qapısına vurub

561847
Qırğızıstanda Çin səfirliyinə intihar hücumu

  Qırğızıstanın paytaxtı Bişkekdə Çin səfirliyinə bomba yüklü avtomobillə intihar hücumu təşkil edilib.

  İntiharçı bomba yüklü avtomobili səfirlik binası kompleksinin giriş qapısına vurub. Maşındakı təcavüzkar ölüb. İki səfirlik işçisi ilə bir qadın isə yaralanıb.

  Partlayışdan sonra Qırğızıstandakı Çin və Amerika Birləşmiş Ştatları səfirliklərinin işçiləri müvəqqəti olaraq başqa yerə köçürülüb.



Әlaqәli Xәbәrlәr