Azərbaycan Dəniz Qüvvələri Xəzərdə təlim keçirir

Azərbaycanda avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

557097
Azərbaycan Dəniz Qüvvələri Xəzərdə təlim keçirir

Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir.
Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr