Qaziantepdəki terror hücumu Azərbaycanı da sarsıtdı

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı törədilmiş dəhşətli terror partlayışı ilə  əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi.

556156
Qaziantepdəki terror hücumu Azərbaycanı da sarsıtdı

Prezident İlham Əliyev Qaziantepdə toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu çox sarsıtdığını bildiridi.

Dövlət başçısı terror hücumu nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyədi: “Biz  bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm” 

 



Әlaqәli Xәbәrlәr