Təbrizdə ayın növbəti aşıq konserti

Hər ay keçmiş paytaxtlar şəhəri Təbrizdə bir Təbriz və ya Qaradağ ustad aşığına həsr olunmuş aşıq konserti keçirilir

554580
Təbrizdə ayın növbəti aşıq konserti

  Bu günlərdə Təbrizdə ustad aşıq Fətulla Rzayi üçün aşıq məclisi təşkil edilib. 

  Hər ay keçmiş paytaxtlar şəhəri Təbrizdə bir Təbriz və ya Qaradağ ustad aşığına həsr olunmuş aşıq konserti keçirilir.  

  İran Aşıqlar Birliyinin Şərqi Azərbaycan üzrə sədri Məhəmməd İbadi Alışığın təşkilatçılığı ilə bu ay da bir ustad aşığa – Qaradağ aşığı Fətulla Rzayiyə əzizləmə məclisi qurulub.

  Tədbirdə bölgə aşıqları ustad aşığa ürək sözləri söyləyib və ifa etdikləri havalarla səbəbkarı təbrik ediblər.

 

Çıxışlar arasında təbrizli ustad aşıq Çingiz Mehdipurun ifası xüsusi qarşılanıb və daha çox alqış qazanıb.

 

 

  Aşıq Fətulla Rzayi də öz növbəsində onun adına gələn qonaqlara təşəkkürünü bildirib.  



Әlaqәli Xәbәrlәr