Aşıq Abbas Tufarqanlı festivalına hazırlıq başladı

Bir neçə gün əvvəl İranın paytaxtı Tehranda İran Aşıqlar Birliyinin mərkəzində Aşıq Abbas Beynəlxalq Festivalı ilə bağlı iclas keçirilib

548602
Aşıq Abbas Tufarqanlı festivalına hazırlıq başladı

  Toplantıda ziyalıların məsləhət və tövsiyələri dinlənilib, fikir mübadilələri aparılıb.

 

İran Aşıqlar Birliyinin rəhbəri Aşıq Şahbazi: “İnşaallah, hazırlıq prosesi başa çatandan sonra bu festivalın dəqiq tarixini elan edəcəyik”, - deyib.  

 

  Qeyd edək ki, Aşıq Abbas Tufarqanlı İranın Şərqi Azərbaycan əyalətinin Tufarqan, yəni indiki Azərşəhr bölgəsində anadan olub. Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Azərbaycan toprağında yaşayıb-yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan Abbas və Gülgəz dastanı Azərbaycan folklorunun qiymətli örnəklərindəndir.

       



Әlaqәli Xәbәrlәr