Xarici İşlər nazirləri ölkələrimiz arasındakı əlaqələrə dair müzakirələr aparıblar

Türkiyə ilə Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub.

544511
Xarici İşlər nazirləri ölkələrimiz arasındakı əlaqələrə dair müzakirələr aparıblar

Türkiyə ilə Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub.

Telefon danışığı zamanı nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib. O, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu da Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr