Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün “Qızıl Şərq” hərbi şəhərciyində yer ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

534046
Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün “Qızıl Şərq” hərbi şəhərciyində yer ayrılıb

Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə Hökumətləri arasında  “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki hava limanında yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. 

Azərbaycanın dövlət başçısı bununla bağlı 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış protokolu təsdiqləyib.

Müdafiə Nazirliyinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.



Әlaqәli Xәbәrlәr