İstanbulda qalan azərbaycanlı sərnişinləri ölkǝyǝ aparmaq üçün ikinci təyyarə göndərilir

“Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri ölkǝyǝ aparmaq gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır.

530859

Bu barədə AZƏRTAC-ın internet səhifəsində yer tutan xəbərə əsasən, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, Türkiyədə baş verən hadisə ilə əlaqədar ləğv olunan təyyarə səfərlərinə görə İstanbulda qalan sərnişləri Bakıya gətirmək üçün növbəti təyyarə göndərilir.

P.Kəsəmənski qeyd edib ki, bundan əvvəl bir iri tutumlu təyyarə göndərilib və bu, bütün sərnişinləri Bakıya gətirmək üçün kifayət etməyib. AZAL azərbaycanlı sərnişinlərin bir gecə daha İstanbul Hava Limanında qalmamaları üçün ikinci təyyarə göndərəcək.

Әlaqәli Xәbәrlәr