Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

BMT Təhlükəsizlik Şurasının yeni seçilmiş qeyri-daimi üzvlərinin səlahiyyət müddəti iki ildir.

520349
Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

BMT Baş Assambleyasının 70-ci sessiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçib. Seçilənlər arasında Qazaxıstan da var.

 BMT Təhlükəsizlik Şurasının yeni seçilmiş qeyri-daimi üzvlərinin səlahiyyət müddəti iki ildir.

Boliviya və Efiopiya regional qruplarında heç bir rəqib olmadığından səsvermənin ilk turunda seçilib. İlk turda, həmçinin İsveç də qalib gəlib.

İkinci turda Qazaxıstan və Tayland arasında seçim başa çatıb. Bu mübarizədə qalib gələn Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.



Әlaqәli Xәbәrlәr