“Azərbaycan ordusu güclü ordular arasındadır”, İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla aralarında aprel qarşıdurmalarını Azərbaycan üçün böyük hərbi zəfər olaraq tarixə keçdiyini söyləyib

518435
“Azərbaycan ordusu güclü ordular arasındadır”, İ.Əliyev

  İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü münasibətilə zabitlər üçün inşa edilən yaşayış binalarının açılışında iştirak edib.

  Azərbaycan əsgərlərinin böyük professionallığa malik olduğunu vurğulayan İ.Əliyev: "Təmas xəttində son aylar yaşananlar bunu bir daha təsdiq etdi: Azərbaycan ordusu güclü ordular arasındadır. Vətənpərvərlik yüksək səviyyədədir. Aprel ayında yaşanan qarşıdurmalar bütün dünyaya Azərbaycanla hesablaşma zamanı olduğunu isbat etdi. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqların bir hissəsini işğaldan qurtardı. Bu hadisələrin həm Ermənistana, həm də məsələylə maraqlanan digər qurumlara ciddi mesaj olacağından əminəm. Ermənistan bu prosesin sonsuz olaraq belə qalmasını, mövcud vəziyyəti qorumaq istəyir. Beynəlxalq vasitəçilərin təzyiqləri artdıqca da müxtəlif təxribat törədirlər."

  Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyinin müzakirələrin davam etdirilməsi üçün bir neçə şərt irəli sürdüyünə toxunan Əliyev: "Bu şərtlərin heç biri qəbul edilmədi. Çünki kimsə bizə şərt qoya bilməz.  Ermənistan tərəfi müzakirələrin dayandırılması və dondurulması vəziyyətində onları nələrin gözlədiyini çox yaxşı bilir", - deyib.

  Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibliyini vurğulayan Əliyev onu da söyləyib ki, “Dağlıq Qarabağa heç bir zaman müstəqillik verilməyəcək. Dağlıq Qarabağ elə muxtariyyət statusunda qalacaq. Lakin bu status ölkəmizin ərazi bütövlüyünü pozmadan gözləniləcək."



Әlaqәli Xәbәrlәr