Türklər Berlində nifrətə qarşı

Almaniya Federal Məclisində səs veriləcək sözdə erməni iddialarına türklər Almaniyanın paytaxtı Berlində birlik yürüşü ilə cavab verəcəklər

501520
Türklər Berlində nifrətə qarşı

  Cümə axşamı günü Almaniya Federal Məclisində səs veriləcək sözdə erməni iddialarına türklər Almaniyanın paytaxtı Berlində birlik yürüşü ilə cavab verəcəklər.

  Türklər əvvəlcə tarixi Brandenburq qapısı qarşısında toplanacaq, sonra “Nifrət ifadəsinə qarşı” adı altında hərəkətə başlayacaqlar.  

  Türkiyə saatı ilə 19.00-da başlanacaq yürüşə 10 mindən çox adamın qatılacağı gözlənilir. Hərətəkə Türkiyənin bir çox sənətçi və futbolçuları da qatılacaq.

  Türkiyə-Almaniya Həmrəylik Platforması da öz növbəsində Almaniya hökumətinə xəbərdarlıq yazaraq "Erməni iddialarıyla bağlı qərar layihəsini rədd edir və qınayırıq" sözlərini çatdırıb.   



Әlaqәli Xәbәrlәr