Türkiyə bankı Təbrizdə öz şöbəsini açacaq

İranda Türkiyə və Azərbaycan Respublikasına artan maraq bütün sahələri əhatə etməyə başlayıb

498320
Türkiyə bankı Təbrizdə öz şöbəsini açacaq

  “Turkustan.info”nun yazdığına görə, İranın Şərqi Azərbaycan Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi Hüseyn Nicati “Türkiyə sənaye müəssisələrinin Təbrizdəki problemləri” ilə bağlı keçirilən tədbirdə Təbrizdə Türkiyənin sənaye şəhərciyi və Halk Bankın bir şöbəsinın təsis olunacağı barədə məlumat verib.

  Hüseyn Nicati bildirib ki, “Türkiyə Sənaye nazirliyi nümayəndələri bazar ertəsi günü Təbrizə səfər edərək bu şəhərdə ortaq sərmayə yatırımına olan zəmin və potensial imkanlarını yaxından müşahidə edəcək”.

  Şərqi Azərbaycan Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi onu da əlavə edib ki, Türkiyənin Baş konsulu dəfələrlə Təbrizdə Türkiyənin bankının açılmasına tərəfdar olduqlarını bildirib.

  Türkiyə bankının açılmasını yerli sənaye müəssisələri və ticarətçilər də tələb edir. Ona görə də bütün danışıqlar yekunlaşdıqdan sonra Təbrizdə Türkiyənin sənaye şəhərciyi və bank şöbəsi açılacaq, bu zəmində lazımi işlər görüləcək.



Әlaqәli Xәbәrlәr