Avrasiya Yazarlar Birliyində Anarın kitabının təqdimatı oldu

Dünәn  Türkiyәnin paytaxtı Ankarada Avrasiya Yazarlar Birliyi ilә Azәrbaycan Yazıçılar Birliyi tәrәfindәn tәşkil  olunan tәdbir keçirilib.

498175
Avrasiya  Yazarlar  Birliyində  Anarın kitabının təqdimatı oldu

Tәdbir  Azәrbaycanın   mәşhur yazıçısı  vә Türk dünyasının fәxri  Anara   vә Azәrbaycan  әdәbiyyatına hәsr edilib.

Tәdbirә Azәrbaycandan Anar,  şair Rәşad Mәcid  vә Pәrvin Nuraliyeva qatılıblar.

Tədbirdə eyni zamanda,  TÜRKSOY-un Baş katıbinin müavini Frat Purtaş, TÜRKSOY-un  Azәrbaycan nümayәndәsi Elçin Qafarlı vә çox sayda  dәvәtlilәr iştirak ediblәr.

Açılış mәrasimindә çıxış edәn Avrasiya Yazarlar Birliyinin sәdri  Yakub Ömәroğlu  AYB-nin tәşkil etdiyi tәdbirdә Anarın yeni çap olunmuş  kitabının tәqdimatının   keçirildiyinә çox şad olduğunu  vurğulayıb.

Tәdbirdә iştirak edәn  Azәrbaycan   yazıcıları   vә şairi  öz ürәk sözlәrini deyiblәr.

 Pәrvin Nuraliyeva  çıxışı zamanı  üç vәtәninin  olduğunu ifadә edib. O,:  ‘‘Doğma vәtәnim  Azәrbaycan, ikinci vәtәnim   Türkiyә, üçüncü vәtәnim isә  Anar dünyasıdır’’ deyә qeyd edib.

Tәdbir çәrçivәsindә Anarın ‘‘Göz muncuğu’’, Pәrvin Nuraliyevanın ‘‘Anarın dünyası’’  vә  Rәşad Mәcidin  ‘‘Bir  daha gәlmәyәcәk’’  adlı kitablarının tәqdimatı olub.

Anarın, Pәrvin Nuraliyevanın vә Rәşad Mәcidin yaradıcılığını sevәnlәr  vә izlәyәnlәr  kitab imzaladıblar vә şәkil çәkdiriblәr.



Әlaqәli Xәbәrlәr