Azǝrbaycan ordusuna müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər qǝbul edilǝcǝk

Azərbaycan Müdafiə Nazirliyi bu barədə açıqlama verib.

484975
Azǝrbaycan ordusuna müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər qǝbul edilǝcǝk

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına ǝsasǝn, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər. 

Nazirliyin açıqlamasında bildirilib ki, indiyǝdǝk xeyli sayda insan orduda vǝzifǝli olmaq üçün müraciǝt edib. Onlardan 19-40 yaş arasında olanlar imtihana qǝbul edilǝcǝklǝr vǝ hazırlıq kursunu uğurla tamamlayanlar isǝ müddətdən artıq həqiqi hərbi xidmətə qǝbul edilǝcǝklǝr.

Qeyd edǝk ki, Azǝrbaycan ilǝ Ermǝnistan arasında keçǝn ay yaşanan şiddǝtli toqquşmalardan sonra xeyli sayda Azǝrbaycanlı könüllü olaraq orduya qatılmaq üçün müraciǝt etmişdi.



Әlaqәli Xәbәrlәr