Əli Həsənov Dağlıq Qarabağ problemi ilə əlaqədar intensiv müzakirələrin başlayacağını bildirdi

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ​ Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları və onların əks-sədalarını dəyərləndirdi.

473331
Əli Həsənov Dağlıq Qarabağ problemi ilə əlaqədar intensiv müzakirələrin  başlayacağını bildirdi

Əli Həsənov hərbi toqquşmalar başladıqdan sonra Azərbaycan tərəfinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun çağırışına cavab olaraq təktərəfli atəşkəs elan etdiyini və dünyaya Azərbaycanın müharibə tərəfdarı olmadığını, qan tökülməsinin də istəmədiyini nümayiş etdirdiyini söylədi.

Prezident köməkçisi Ermənistan tərəfinin ağır itkilər verməsinə və Azərbaycanın atəşkəs elan etməsinə rəğmən atəşkəsi pozmağa davam etdiyini, Azərbaycan Ordusunun isə lazımi cavab verdiyini də vurğuladı.

Atəşkəsdən sonrakı son vəziyyət barədə də danışan Həsənov, Azərbaycan tərəfinin israrlı mövqeyi sayəsində son dönəmdə danışıqlar prosesinə təkan verildiyini və yaxın zamanda intensiv müzakirələrin başlayacağını bildirdi.




Әlaqәli Xәbәrlәr