Ermǝnistanın atǝşkǝs pozuntusu davam edir

Cəbhə xəttində, hərbi təcili yardım maşını ermǝni ordusu tǝrǝfindǝn hǝdǝf götürülüb.

466521
Ermǝnistanın atǝşkǝs pozuntusu davam edir

Azǝrbaycan müdafiǝ nazirliyindǝn mövzu ilǝ bağlı verilǝn açıqlamada bildirilib ki, təmas xəttində əməliyyatların dayandırılması razılaşmasına baxmayaraq, Ermənistan ordusu fərqli istiqamətlərdə Azərbaycan hǝdǝflǝrinǝ atǝş açıb.

Nazirliyin mǝlumatına görǝ, erməni əsgərləri cəbhə xəttinin, Ağdərə-Goranboy istiqamətində bir təcili yardım maşınına atəş açıb. Hadisədə insan tǝlǝfatı ya da yaralanan olmayıb. Ancaq maşına ağır ziyan dǝyib.

Azərbaycan Müdafiə Nazirliyi ötǝn gün dǝ, Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək vilayǝtlǝrindǝ Azərbaycan hǝdǝflǝrinin ermǝni atǝşinǝ məruz qaldığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr