"Türk xalqı hər zaman Azərbaycan xalqının yanındadır",R.T.Ərdoğan

Əliyev Ərdoğan və Türk xalqına təşəkkür edib.

463477
"Türk xalqı hər zaman Azərbaycan xalqının yanındadır",R.T.Ərdoğan

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ordusunun cəbhədə provakasiyaya üz tutduğunu və lazım olan cavabı aldığını bildirib.

Azərbaycan Dövlət xəbər agentiyinin (Azərtac) xəbərinə görə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Görüşdə Ərdoğan cəbhəboyu yarananlarla əlaqəli olaraq Əliyevə dəstəyini bildirib və Türk xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Ərdoğan bildirib ki, əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı. İllərdir işğal altında qalan Dağlıq Qarabağdakı bu münaqişə Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən bugünkü vəziyyətlə nəticələnib.​

Əliyev də Ərdoğana başsağlığı verdiyinə görə təşəkkür edib.

Görüşdə Əliyev Ermənistan ordusunun cəbhədə provakasiyaya üz tutduğunu və lazım olan cavabı aldığını bildirib.



Әlaqәli Xәbәrlәr