Havay ştatı Azərbaycandan üzr istədi

ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cozef Souki (Joseph Souki) Azərbaycan Hökumətindən və xalqından üzr istədiyini elan edib

462676
Havay ştatı Azərbaycandan üzr istədi

Erməni lobbisinin ənənəvi manipulasiyası nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma Daqlıq Qarabağ respublikasına dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki (Joseph Souki) memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan Hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.

Ölkə.azxəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirir ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, sözügedən H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub.

Qeyd olunur ki, Havay Ştatının Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud, xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. Spiker C.Souki qeyd edir ki, H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də, spiker C.Souki sözügedən qətnamənənin müvaifq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayır.

Həmçinin, spiker bildirir ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir.

Qeyd edək ki, sözügedən qətnamədən bir müddət əvvəl – 2016-cı ilin 10 mart tarixində erməni lobbisinin təhrikilə Havay Ştat Senatında oxşar məzmunlu iki qətnamə gündəliyə gətirilmişdi. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun operativ müdaxiləsi nəticəsində Havay Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, bu qətnamələri rədd etdiyini elan etmişdi.



Әlaqәli Xәbәrlәr