Azǝrbaycan hǝrbi qüvvǝlǝrindǝn Ermǝnistana ağır zǝrbǝ

Azǝrbaycan ordusu Ermǝnistan mövqelǝrinǝ dağıdıcı zǝrbǝendirib

445246
Azǝrbaycan hǝrbi qüvvǝlǝrindǝn Ermǝnistana ağır zǝrbǝ

Azǝrbaycan hǝrbi qüvvǝlǝri, “Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona ağır zərbə endiriblər".

Azərbaycan Müdafiǝ nazirliyindǝn verilǝn açıqlamada bildirilir ki, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir. Düşmənin istənilən təxribat cəhdi, eləcə də dinc yaşayış məntəqələrin atəşə tutulması Silahlı Qüvvələr tərəfindən dərhal və qətiyyətlə alınacaq. Düşmənin Ağdǝrǝ, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək, deyǝ müdafiǝ nazirliyinin açıqlamasında qeyd edilib.



Әlaqәli Xәbәrlәr