Tarixdə bu gün, 20 oktyabr

Tarixin bugünü harada nələr baş veri, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1511881
Tarixdə bu gün, 20 oktyabr

20 oktyabr 1827-ci il tarixində Osmanlı İmperiyasının Yunanıstana müstəqillik verməməsi nəticəsində İngiltərə, Fransa və Rusiya,  Yunanistanın Navarino limanında olan Osmanlı Dəniz Donanmasına hücum ediblər. Hücum nəticəsində Osmanlı Donanması tamamilə məhv edilib.

20 oktyabr 1921-ci il tarixində Sakarya zəfərindən sonra geri çəkilmə qərarına gələn Fransa ilə Türkiyə Böyük Millət Məclisi arasında  "Ankara sazişi" imzalanıb. Sazişlə Hatayı çıxmaqla Türkiyənin bugünkü  cənub sərhədi də çəkilib.

20 oktyabr 2011-ci ildə 1969-2011-ci illərdə Liviyanı idarə edən Müəmmar Qəzzafi Sirte şəhərində üsyançılar tərəfindən linç edilib və öldürülüb.



Әlaqәli Xәbәrlәr