Tarixdə bu gün: 22 avqust 2020

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1476402
Tarixdə bu gün: 22 avqust 2020

 

 

22 avqust 1642-ci ildə İngiltərədə 9 il davam edən vətəndaş müharibəsi başlayıb. Kral ailəsi və Parlament hökuməti tərəfdarları arasında başlayan qarşıdurmalar 3 sentyabr 1651-ci ildə Worcester Müharibəsi adı altında parlament tərəfdarlarının qələbəsi ilə sona çatıb.

 22 avqust 1812-ci ildə İordaniyadakı arxeoloji qorunan ərazi olan Petra isveçrəli səyahətçi Johann Burckhardt tərəfindən kəşf edilib. Minillikdən əvvəl 400- cü və minillikdən sonra 106-ci illər arasında Nebatilərin paytaxtı olmuş şəhər Roma işğalından sonra 400-cü illərdə zəlzələ və digər iqtisadi səbəblərdən gözdən uzaq düşərək unudulmuşdu.

22 avqust 2000-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 62 yaşında dünyasını dəyişib. Elçibəyin cənazə mərasiminə 1 milyona yaxın insan qatılıb. 



Әlaqәli Xәbәrlәr