Tarixdə bu gün: 26 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1439987
Tarixdə bu gün: 26 iyun

*** 

  İnka sivilizasiyasını məhv edən və minlərlə yerli əhalinin ölümünə fərman verən İspaniya dənizçisi və kəşfiyyatçısı Fransisko Pizzaro 1541-ci il iyunun 26-da sarayına olan basqında rəqibləri tərəfindən öldürüldü.

***

  1819-cu ilin 26 iyununda alman baron Karl fon Drais ixtira etdiyi velosipedin patentini aldı.

***

  26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür.

  1918-ci il iyunun 26-da Azərbaycanın tanınmış sərkərdələri - generallar Əliağa Şıxlınski və Səməd bəy Mehmandarovun rəhbərliyi ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bununla da Azərbaycan respublikasının ilk milli ordusunun əsası qoyuldu.

***                                                                                       

  1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının qərarı ilə ölkədə məhkəmə və məktəb sistemləri milliləşdirildi. 

***

  Vərəmin peyvəndi (BCG) 1924-cü ilin 26 iyun tarixində fransız alimləri Albert Kalmet Kamili Qurin (Albert Calmette ve Camille Guérin) tərəfindən yaradıldı.

***

  1928-ci ildə Türkiyədə Yeni Türk əlifbasını hazırlamaq məqsədilə yaradılan Dil Əncüməni ilk toplantısını iyunun 26-da paytaxt Ankarada etdi.

***

  İlk dəfə faşist Almaniyasında istifadə edilən "Focke-Wulf Fw 61vertolyotunun ilk uçuşu 1936-cı il 26 iyunda həyata keçirildi.

***

  26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurulmasının bünövrəsi olan San Fransisko SazişiDaimi Beynəlxalq Ədalət Divanı Statusu müqavilələri, Türkiyə də daxil olmaqla, 51 təsisçi ölkənin nümayəndə heyətləri tərəfindən imzalandı.

  BMT isə rəsmi olaraq 24 oktyabrdan fəaliyyətə başladı.

***

  26 iyun Madaqaskarın İstiqlaliyyət bayramıdır.

  Afrikanın bu ada ölkəsi 1960-cı ilə müstəqillik qazanıb. Həmin vaxta qədər isə Fransanın protektoratı olub.  

***

  BMT Baş Assambleyasının 1987-ci il 7 dekabr tarixli qətnaməsi ilə iyunun 26-sı “Narkotik maddələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə hallarına qarşı mübarizə günü” elan edilib.

***

26 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış hərbi xadimi, artilleriya generalı Hüseyn Rəsulbəyov 1917-ci ilin bu günü dünyaya gəlib. O, Sankt-Peterburq Elektrotexniki Rabitə İnstitutu və Moskva Hərbi Artilleriya Akademiyasını bitirib.

  İkinci Dünya Müharibəsində hava hücumundan müdafiə qoşunları tərkibində briqada, diviziya qərargahında müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç və Sevastopolun müdafiəsi və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib. İstefaya çıxandan sonra Hüseyn Rəsulbəyov ömrünün sonunadək Azərbaycan respublikasının rabitə naziri işləyib. (1917-1988)

***



Әlaqәli Xәbәrlәr