Tarixdə bu gün: 6 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1370124
Tarixdə bu gün: 6 mart

***

  1946-cı ilin 6 mart tarixində ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə girdi.

  "Eniac" elektron-rəqəmsal kompüterə gedən yolda atılmış böyük addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olundu.

***

  6 mart Afrikanın qərbində yerləşən Qana Respublikasının milli bayramıdır.

  Qana 1957-ci il martın 6-da öz müstəqilliyini bəyan edib. O vaxta qədər bu ölkə Böyük Britaniyanın idarəsi altında idi.    

***

  1987-ci ilin 6 martında "Herald of Free Enterprise" adlı feribot Belçikadan İngiltərənin Dover limanına üzmək üçün yola çıxdıqdan bir neçə dəqiqə sonra batdı. Hadisədə 193 yolçu və personal həyatını itirdi.

***

  1995-ci ilin 6 mart tarixində Türkiyənin 1963-cü ildə imzaladığı Ankara Sazişilə başladığı Avropaya inteqrasiya prosesində daha bir addım atıldı: Avropa İttifaqı üzvü olan 15 ölkə ilə Türkiyə arasında Gömrük Birliyi Müqaviləsi imzalandı.

***

  Bu gün həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür.

  Məhəmməd Əmin hələ 17 yaşında ikən Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı ilk siyasi təşkilatı – Müsəlman Gənclik Təşkilatını yaradıb. Elə həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.

  M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb. (1884-1955)

***

  1889-cu ilin bu günü özbək şairi, maarifçisi və ictimai xadimi Həmzə Həkimzadə Niyazi dünyaya gəlib.

  Həmzə Həkimzadə yaradıcılığı ilə 20-ci əsr özbək ədəbiyyatının formalaşmasına güclü təsir göstərən ədibdir. (1889-1929)

***

  6 mart milli və tarixi hekayələri ilə tanınan Türkiyə yazıçısı Ömər Seyfəddinin xatirə günüdür. O, 1920-ci ilin bu günü 36 yaşında dünyadan köçüb. (1884 - 1920)



Әlaqәli Xәbәrlәr