Tarixdə bu gün: 25 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1364743
Tarixdə bu gün: 25 fevral

***

  1921-ci il 25 fevralda 11-ci Qırmızı Ordu Gürcüstana daxil oldu. Bununla da Qafqazda son müstəqil dövlət – Gürcüstan Respublikası süquta uğradı.

***

  1961-ci ilin 25 fevralında İran körfəzinin ən zəngin əmirliklərindən birinin – Küveytin müstəqilliyi elan edildi.  

***

  25 fevral 1986-cı ildə Filippində Ferdinand Markosun 20 illik diktaturası sona çatdı. Ölkədə avtoritar rejim və korrupsiyaya görə xalqın nifrətinə səbəb olduğu üçün seçkilərdə müxalifət lideri Korazon Aquino qalib gəldi.

  F.Markos ABŞ-ın dəstəyilə ölkəsindən qaçıb Havay adalarında yerləşdi. Onunla bağlı Filippində aparılan araşdırmalar Markos ailəsi və yaxın çevrəsinin korrupsiyası hesabına ölkə iqtisadiyyatını milyardlarla itkilərə məruz qoyduğu ortaya çıxdı.

***

  Qərbi İordaniya şəhəri olan Hebronda Barux Qoldşteyn (Baruch Goldstein) adlı bir yəhudi odlu silahla 29 fələstinlini öldürdu, 125-ini yaraladı.

  25 fevral 1994-cü ildə törədilən bu qətliam tarixə "İbrahim məscidi qətliamı" olaraq düşdü. Bundan sonra çıxan nümayişlərdə yenə 20-dən çox fələstinli həyatdan köçdü.

 Qoldsteyn qəzəbli kütlə tərəfindən daşqalaq edildi və öldürüldü.  

***

 

  2000-ci ilin bu günü dünyaşöhrətli musiqiçi Karlos Santana 8 “Grammy” mükafatı qazanaraq Maykl Ceksonun "Triller" albomu ilə qırdığı rekordu təzələdi.

 



Әlaqәli Xәbәrlәr