Tarixdә bu gün: 8 fevral

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1355409
Tarixdә bu gün: 8 fevral

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1904-cü ilin 8 fevral tarixindә Yaponiyanın Hәrbi Dәniz Qüvvәlәri Port Arthur limanına hücum tәşkil edәrәk Rusiya donanmasını mәhv etdi. Bu hücumdan sonra Rusiya ilә Yaponiya arasında 1,5 il davam edәcәk müharibә başladı.

***

1935-ci ilin 8 fevral tarixindә Türkiyә Böyük Millәt Mәclisinin  V dönәm seçkilәrindә türkiyәli qadınlar seçmә vә seçilmә hüququndan istifadә etdi. 17 qadın ilk olaraq millәt vәkili seçildi. Daha sonra keçirilәn seçkilәrlә bu rәqәm 18 nәfәrә yüksәldi.

***

1963-cü ilin 8 fevral tarixindә İraqda ‘‘Baas’’ adı altında dövlәt çevrilişi hәyata keçirilib. 1958-ci ildә Kral II Farukun öldürülmәsi ilә sona çatan çevriliş ilә ölkә rәhbәrliyini әlә keçirәn baş nazir Abdülkәrim Kasım baaşlı zabitlәr tәrәfindәn hәyata keçirilәn dövlәt çevrilişi nәticәsindә iktidardan uzaqlaşdırılıb vә öldürülüb.

***

1989-cu ilin 8 fevral tarixindә Charter reysi hәyata keçirәn sәrnişin tәyyarәsi Portuqaliyanın Azor adası yaxınlığında qәzaya uğrayıb. Qәza nәticәsindә 144 sәrnişin hәlak olub.

 



Әlaqәli Xәbәrlәr