Tarixdə bu gün: 16 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1323528
Tarixdə bu gün: 16 dekabr

***

  1631-ci il 16 dekabrda Avropa qitəsinin ən aktiv vulkanı Vezüv püskürdü, nəticədə təxminən 4 min adam həyatını itirdi.

***

  16 dekabr 1727-ci ildə Osmanlı impartorluğunda İbrahim Müteferrika tərəfindən ilk türkcə kitab olan "Vankulu lüğəti" basıldı.

***

  1773-cü ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarındakı ingilis koloniyalarında London hakimiyyətinə qarşı üsyan baş verdi. "Boston çay qonaqlığı" adlanan hadisədə çay vergisinə etiraz edənlər Boston limanındakı 3 İngiltərə gəmisinə girərək çayları qutulardan dənizə tökdülər.

***

  16 dekabr 1920-ci ildə Çinin şimal-qərbindəki Qansu əyalətində 8,6 bal gücündəki zəlzələ və sonra yaranan torpaq sürüşmələri nəticəsində təxminən 200 min adam həyatdan köçdü.  

***

  1967-ci ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri DNT zəncirini açıqlayıb təhlil etdilər.

***

  Bu gün Qazaxıstan dövləti və xalqının milli bayramıdır.

  Keçmiş SSRİ-dən 1991-ci ildə ayrılan bu respublikanın istiqlaliyyəti dekabrın 16-da bəyan olub.  

***

  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə hər il 16 dekabr Azərbaycan Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı qeyd edilir.                                                       

***

16 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır. 

  Tanınmış Azərbaycan boyakarı, xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ilin 16 dekabrında Bakı yaxınlığındakı Qobu kəndində anadan olub.

  Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra boyakarlıq, qrafika və teatr rəssamlığı sahəsində fəaliyyət göstərib.

  Yaradcılığının erkən dövründə “Molla Nəsrəddin” jurnalı və “Gənc işçi” qəzeti üçün karikaturalar çəkib.

  Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar dahi şairin portretini yaradıb, “Xosrov və Şirin” poemasına illüstrasiyalar çəkib.

  Qəzənfər Xalıqov teatr və kino rəssamlığı sahəsində də fəaliyyət göstərib. (1898-1981)

***

  Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci ilin bu günü dünyaya gəlib.

  Uzun illər “Molodyoj Azerbaydjana” qəzetində çalışan jurnalist 1991-ci ildə Qarabağ münaqişəsilə əlaqədar yazılar hazırlamaq üçün Laçından Şuşaya gedərkən silahlı erməni ekstremistləri tərəfindən qətlə yetirilib.

  Xalq şairi Nəbi Xəzri “Salatın” rekviyem poemasını Salatın Əsgərovanın unudulmaz xatirəsinə həsr edib. (1961-1991)

***

  Bu gün dünya caz musiqisinin iknişafında əvəzsiz xidmətləri olan bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirə günüdür.  

  Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

  Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olan Vaqif Mutafazadə “Leyli” adlı ilk qadın vokal kvartetinə, sonra isə “Sevil” vokal-instrumental ansamblına rəhbərlik edib.

  Orijinal ifaçılıq üslubuna malik olan Vaqif Mustafazadə Azərbaycan muğamları və xalq havaları üzərində ustalıqla çalışaraq, onları caz musiqisi ilə sintez edərək yeniliyə imza qatıb. O, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı olub.

  Vaqif Mustafazadə 1979-cu ilin 16 dekabrında 39 yaşında dünyasını dəyişib. (1940-1979)

***



Әlaqәli Xәbәrlәr