Tarixdə bu gün: 9 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1318308
Tarixdə bu gün: 9 dekabr

9 dekabr 1893-cü ildə İstanbulda soyuq hava Xəliçin donmasına səbəb oldu.

***

9 dekabr 1917-ci ildə Osmanlı ordusunun Fələstin cəbhəsindən çəkilməsi qarşısında Qüds 400 il davam edən Osmanlı hakimiyyətindən çıxdı. 2 gün sonra general Allenby komandirliyindəki ingilis ordusu Yafa qapısından girərək şəhəri işğal etdi.

***

9 dekabr 1946-cı ildə Nürnberg məhkəmələrinin ikinci mərhələsi start götürdü. “Həkimlərin məhkəmələri” adlanan ikinci mərhələ məhkəmədə  insanlar üzərində sınaq aparan nasis elm adamları mühakimə edildi.

***

9 dekabr  1985-ci ildəBMT-nin üzvü olan ölkələr yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul etdilər. BMT 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hazırda 193 ölkə bu qurumun üzvüdür.

***

9 dekabr 1987-ci ildə Fələstin torpaqlarında “İntifada”nın başlaması qarşısında İsrail ordusu Qəzza zolağındakı Cəbaliyə qaçqın düşərgəsinə hücum etdi. Hücum nəticəsində çox sayda fələstinli həyatını itirdi.

***

9 dekabr 1990-cı ildə Həmrəylik Hərəkatının lideri Lex Valesa Polşada prezident seçkilərində qələbə qazandı.

***

9 dekabr 1991-ci ildə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edildi. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi. Hazırda 60-dək dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradıldı.

***

9 dekabr 1992-ci ildə İngiltərə vəliəhdi şahzadə Çarles və şahzadə Diananın ayrıldıqları Krallıq bəyannaməsinin Xalq Məclisində oxunması ilə ictimaiyyətə açıqlandı. 11 il evli qalan cütlük 1996-cı ildə rəsmi olaraq boşandı.

***

9 dekabr 2002-ci ildə İndoneziya hökuməti ilə Acehdəki üsyançılar arasında 26 illik vətəndaş müharibəsini sona çatdıran sülh sazişi imzalandı.

***

9 dekabr 2007-ci ildə Türkiyədə iqtisadiyyat sahəsində “usta” sayılan Prof. Dr. Səbahaddin Zaim 81 yaşında İstanbulda həyatını itirdi.



Әlaqәli Xәbәrlәr