Tarixdə bu gün: 18 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1271074
Tarixdə bu gün: 18 sentyabr

***18 sentyabr 1923-cü ildə Hindistan Milli Konqresi ingilis müstəmləkəsinə qarşı vətəndaş itaətsizliyi kampaniyasına start verdi.

18 sentyabr 1934-cü ildə Sovet İttifaqı Millətlər Cəmiyətinə qoşuldu.

***

18 sentyabr 1956-cı ildə Efesdə 1926-cı ildən bəridir davam edən qazıntılarda dünya şöhrətli Artemis heykəli gün işığına çıxarıldı.

***

1981-ci ilin 18 sentyabr günü Fransada edam cəzası ləğv olundu.

***

18 sentyabr 1988-ci ildə daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) vəfat edib (1906-1988). Şeirlərini Azərbaycan və fars dillərində yazıb. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydər babaya salam" poeması olub.

***

18 sentyabr 1997-ci ildə 89 ölkə quruda yerləşdirilmiş minaların qadağan olunmasına dair razılaşmanı təsdiq etdi. ABŞ sənədi imzalamağı rədd etdi.

***

2000-ci ilin 18 sentyabrında İsrail hökuməti Fələstin ilə davam etdirdiyi sülh danışıqlarını dayandırdı.

***

2002-ci ilin 18 sentyabr tarixinde Səngəçal terminalında Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçıları Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. 2005-ci ilin aprel ayında tikinti işləri yekunlaşdı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker yola salındı.

***

2005-ci ilin 18 sentyabr günü Əfqanıstanda 36 ildən sonra parlament seçkiləri keçirildi.

 



Әlaqәli Xәbәrlәr