Tarixdə bu gün: 17 iyul

17 iyul 1588 -ci ildə Osmanlı padşahları Qanuni Sultan Süleyman, II Səlim və III Murad dövrlərində baş memar olaraq xidmət edən, Səlimiyyə və Süleymaniyyə kimi şah əsərləri ilə yanaşı, ümumilikdə 375 əsərin memarı, Memar Sinan, 99 yaşında vəfat etdi.

1236572

 17 iyul 1815-ci ildə Napoleon Roşforda ingilis qüvvələrinə təslim oldu.

 17 iyul 1918-ci ildə  bolşeviklər Rus Çarı II Nikolayı, həyat yoldaşını, uşaqlarını və dörd sadiq yaxınını Yekaterinburqda edam etdilər.

 17 iyul 1934-cü ildə Qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra ilk dəfə Boluya gəldi.

 17 iyul 1944-cü ildə partlayıcı yüklü iki gəmi Port Çikaqoda toqquşdu, 320 nəfər həlak oldu, 400 nəfər yaralandı.

 17 iyul 1975-ci ildə Amerikanın kosmik vasitəsi "Apollon" və SSRİ-nin kosmik gəmisi "Soyuz" kosmosda birləşdilər.

 17 iyul 1992-ci ildə Slovak parlamenti müstəqillik elan etdi. Çexoslovakiya,Çex və Slovak respublikaları adı ilə iki dövlətə ayrıldı. Çexoslovakiya prezidenti Vatslav Havel istefa verdi.

Әlaqәli Xәbәrlәr