Tarixdə bu gün: 26 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1206045
Tarixdə bu gün: 26 may

***

  1918-ci il mayın 26-da Transqafqaz seyminin Tbilisidəki sonuncu iclası keçirildi. Həmin iclasda seym buraxıldı və Gürcüstan təntənəli şəkildə öz istiqlaliyyətini elan etdi. Bununla da Qafqazda ilk müstəqil dövlət yarandı.

***   

  26 may 1944-cü ildə Nuri Demirağın fabrikində hazırlanan ilk yerli Türkiyə sərnişin təyyarəsi İstanbuldan Ankaraya ilk uçuşunu həyata keçirdi.

***

  26 may Qayana respublikasının milli bayramıdır.

  Cənubi Amerikanın şimal-şərqindəki bu dövlət 1966-cı ilin 26 mayında iqtiqlaliyyətini elan edib. O zamana qədər bu torpaqlar Britaniya Qvianası adı ilə Böyük Britaniyanın müstəmləkəsi idi.  

***

  2003-cü ilin 26 mayında Əfqanıstanda hərbi xidmətdə olan İspaniya Sülh Qüvvələri əsgərlərini daşıyan Ukrayna Hava Yollarına aid təyyarə Türkiyənin Trabzon şəhərinin Maçka qəsəbəsi yaxınlığında qəzaya uğradı, 74 nəfər həlak oldu.

***

  26 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1512-ci ilin 26 may tarixində Osmanlı imperatorluğunun 8-ci sultanı, Fatih Sultan Mehmetin oğlu, Sultan Səlimin oğlu I Bayezid - Yıldırım Bəyazid vəfat edib.

***

  19-cu əsrdə Əlcəzayir xalqının Fransa boyunduruğuna qarşı mübarizəsini təşkil edən din xadimi və sərkərdə Əbdülqədir Cezayir 1883-cü ilin 26 mayında dünyadan köçdü.

***

  Tanınmış Azərbaycan ədəbiyyatşünası, publisist Vəli Xuluflu 1894-cü ilin bu günü anadan olub. Uzun müddət mətbuatda və elmi-tədqiqat institutlarında çalışıb.  

  Yeni Türk (Azərbaycan) Əlifbası Komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı olan Vəli Xuluflu “Yeni türk əlifbası”, “Koroğlu”, “Tapmacalar”, “Səlcuq dövlətinin daxili quruluşuna dair” və digər kitabların müəllifidir. (1894-1938)

***

  Azərbaycan alimi, maarifçi demokrat Məhəmmədəli Tərbiyət 1877-ci il 26 mayda Təbrizdə anadan olub.

  Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl bilən Tərbiyət Təbrizdə mədrəsə və kitabxana açıb, “Gəncineyi-fünun”, yəni “Bilik xəzinəsi” adlı jurnal nəşr etdirib, “İttifaq” qəzetinin redaktoru olub.

  Maarifçi demokrat 1911-ci il Səttarxan hərəkatının süqutundan sonra Berlin və İstanbula gedib.  

  10 il sonra (1921) vətəninə qayıdan Məhəmmədəli Tərbiyət Cənubi Azərbaycan maarif idarəsinin rəisi, Təbrizin bələdiyyə sədri olub, bir neçə dəfə İran Milli Məclisinə deputat seçilib.

  M.Tərbiyət qədim dövrlərdən 20-ci əsrin 30-cu illərdinədək yazıb-yaratmış azərbaycanlı alim, şair, yazıçı, rəssam, nəqqaş və musiqiçilər haqqında geniş məlumat verən “Danişməndani-Azərbaycan” əsərini yazıb. Onun Cənubi Azərbaycan coğrafiyasına dair də əsərləri var. (1877-1940)

***

  Türkiyədə “stand-up” ənənəsini başlayan, aktyor və radio-televiziya aparıcısı Orhan Boran 2012-ci ilin 26 mayında dünyasını dəyişib. (1928-2012)   

 



Әlaqәli Xәbәrlәr