Tarixdə bu gün: 4 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1193715
Tarixdə bu gün: 4 may

***

  4 may 1912-ci ildə İtaliya qoşunları 400 il Osmanlı hakimiyyətində olmuş Rodos adasını işğal etdi.

***

  1919-cu il mayın 4-də Azərbaycan Demokratik Cümhuriyyəti nümayəndə heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev və Ceyhun Hacıbəyli “Qafqaz Azərbaycanı reslublikasının Paris sülh konfransına memorandumu” adlı sənədi yenidən işləyib forumun keçirildiyi hər iki dildə - fransız və ingilis dillərində kitabça halında yayınlayıblar.

  Sənədə yüksək keyfiyyətli rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə fransız coğrafiyaşünası Forerin rəhbərliyi ilə hazırlanmışdı.  

***

  1924-cü ilin Yay Olimpiya Oyunlarının açılışı mayın 4-də Fransanın paytaxtı Parisdə olub.

***

  4 may 1931-ci il tarixində Mustafa Kamal Atatürk üçüncü dəfə ölkə başçısı seçildi.

***

  1979-cu ilin 4 mayında “Dəmir ledi” ləqəbli Marqaret Tetçer (Margaret Thatcher) İngiltərə tarixinin ilk qadın baş naziri oldu.

***

  1982-ci ildə Amerikanın Massaçusets ştatında Türkiyənin Bostondakı konsulu Orhan Gündüz öz avtomobilində erməni terrorçuları tərəfindən qətlə yetirilib.

***

  4 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  4 may Türkiyə musiqisinin məşhur adı Esin Enginin xatirə günüdür.

  Müğənni, bəstəkar, dirijor və tərtibatçı olan E.Engin ömrü boyu türk musiqisinə xidmət edib və Türkiyə mədəniyyətinə bir sıra dəyərli əsərlər qazandırıb. (1945-1997)

***



Әlaqәli Xәbәrlәr