Tarixdə bu gün: 27 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1169265
Tarixdə bu gün: 27 mart

***

  27 mart 1977-ci ildə aviasiya tarixinin ən böyük qəzası sayılan Tenerife faciəsi baş verib.

  Uçmaq üzrə olan iki sərnişin təyyarəsinin toqquşması nəticəsində meydana gələn qəzada 575 adam ölüb, 70 nəfər yaralanıb.

***

  1941-ci ilin 27 mart tarixində Yuqoslaviyada general Duşan Simoviç (Dušan Simović) qansız çevrilişlə hakimiyyəti ələ keçirdi və yeni hökumət II Dünya müharibəsində Müttəfiq Dövlətlər blokuna qarşı yaradılan Axın Dövlətlər blokundan ayrılma qərarı verdi.

***                            

  27 mart Azərbaycan Elmlər Akademiyasının ildönümüdür.

  1945-ci il martın 27-də təsis edilən Azərbaycan Elmlər Akademiyasının ilk rəhbəri, görkəmli cərrah, professor Mirəsədulla Mirqasımov olub. Elə həmin günlərdə Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqaları akademiyanın həqiqi üzvü seçiliblər.

***

  27 mart bütün dünyada Beynəlxalq Teatr Günüdür.

  1961-ci ildə Avstriyanın paytaxtı Vyanada UNESCO nəzdindəki Beynəlxalq Teatr İnstitutunun IX konqresində bu qərar qəbul edildi və o tarixdən bu yana 48 ölkədə hər il 27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

***

27 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

    Görkəmli alman fiziki Vilhem Konrad Rengen (Wilhelm Conrad Röntgen) 1845-ci ilin bu günü dünyaya gəlib. Qamma şüalanmaları vahidi bu alimin şərəfinə rentgen adlanır. (1845-1923)

***

  Dünyaşöhrətli violençel ifaçısı, dirijor və ictimai xadim Mstislav Rastropoviç 1927-ci ilin 27 martında Bakıda anadan olub.

  Uşaqlıq və gənclik illərini Azərbaycan paytaxtında keçirən Mstislav İkinci Dünya Müharibəsi illərində ailəsilə birgə Orenburq, daha sonra Moskvaya köçüb.

  Violençeldə çalmağı ilk olaraq tanınmış musiqiçi atası Leopolddan öyrənib. Moskva Konservatoriyasında (1943-1948) təhsil aldıqdan sonra burada elmi musiqi yolunu tutaraq professor (1956) adına qədər yüksəlib. 1974-cü ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

  Azərbaycan müstəqillik qazandıqdan sonra Bakıya gələrək ustad dərsləri verib. Bakıda Ev Muzeyi açılıb.

  “Deydi teleqraf” qəzeti Mstislav Rastropoviçi “bütün dövrlərin ən böyük violençel ifaçısı” adlandırıb.

  Görkəmli musiqiçi 2007-ci ildə dünyasını dəyişib. (1927-2007)

***

  27 mart 1945-ci ildə Türkiyədə “Serveti-Fünün” və cümhuriyyət dövrünün tanınmış ədəbi simalarından olan Halit Ziya Uşaklıgil vəfat edib.

***



Әlaqәli Xәbәrlәr