Tarixdә bu gün

Tarixdә bu gün: 27 yanvar

1133645
Tarixdә bu gün

Tarixin bu günü harada nәlәr baş verib? Qısaca nәzәr salaq.

1756-ci ilin 27 yanvar tarixindә avstriyalı bәstәkar Volfqan Amadey Motsart anadan olub. Dahi bәstәkar Volfqanq Amadey  Motsart Avstriyanın Zalsburq şәhәrindә anadan olub.  Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri olan  Volfqanq Amadey Motsart 1791-ci ilin 5 noyabr tarixindә vәfat edib.

***

1915-ci ilin 27 yanvar tarixindә Amerika Birlәşmiş Ştatlarının Hәrbi Dәniz Qüvvәlәri Haitini işğal edib.

***

1967-ci ilin 27 yanvar tarixindә Apollo-1 kosmos gәmisi sınaqdan keçirildiyi zaman yandı.Hadisә nәticәsindә Qus Qrissom, Edvard Hiqins Uayt vә Rocer Çaffi adlı astronavtlar hәlak olublar.

***

1973-cü ilin 27 yanvar tarixindә  ABŞ və Vyetnam arasında atəşkəsә dair  müqavilə  imzalandı. ABŞ və Vyetnam arasındakı müqavilә Fransanın paytaxtı Parisdә imzalanıb.

***

1973-cü ilin 27 yanvar tarixindә  Türkiyәnin Los Ancelesdәki konsulu Mehmet Baydar Ermәnistanın  ASALA tәşkilatı  tәrәfindәn öldürülüb.

***

1996-cı ilin 27 yanvar tarixindә ‘‘Uşaq hüquqları’’  haqqında Konvensiya qәbul edilib.


Etiketlәr: #Tarixdә bu gün

Әlaqәli Xәbәrlәr