Tarixdə bu gün

17 yanvar

1127777
Tarixdə bu gün

Don Kixot… Avropanın ilk müasir romanı…. İspan şairi və yazıçısı Mİgel de Servantesin (Miguel de Servante) qələminin məhsulu olan bu əsər ilk dəfə 16 yanvar 1605-ci ildə dərc olunub. Həbsxanada qələmə alınan əsər 38 dilə tərcümə olunub və hələ də çox oxunan əsərlər sırasındadır.

 

"Qalatasaray" və "Fənərbaxça"… Yalnız Türkiyədə deyil, Avropada da çox yaxşı tanınan iki futbol klubu. İki əzəli rəqib… Türkiyənin bu məşhur iki komandası ilk dəfə  1909-cu il 17 yanvarda qarşılaşıblar. Matç "Qalatasaray"ın 2-0 üstünlüyü ilə sona çatıb.

 

1995-ci ilin bu təqvim günündə Yapoiyanın Osaka-Kobe bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Zəlzələdə 6 mindən çox insan həlak olub.

 

2012 ci ildə Türk dünyası çox böyük bir dövlət başçısını itirdi. Şimali Kipr Türk Respublikasının banisi Rauf Denktaş yanvarın 13-də əbədiyyətə qovuşdu.

Rauf Denktaş hələ gənc bir jurnalist ikən yazıları ilə Kipr Türkləri üçün müstəqillik mabarizəsinə başladı. Daha sonra Türk Müqavimət Təşkilatının öndəri oldu. Denktaş Türk müqavimət hərəkatını təşkilatlandırararaq  bu yoldakı mübarizəsinə davam etdi. Kipr rumları ilə yanaşı yaşayan Türklərin “Rum tədhişçiləri” (rum terroristləri) tərəfindən qətlə yetirilməsindən sonra 1974-cü ildə Türkiyə Kiprə Sülh əməliyyatı həyata keçirdi. Rauf Denktaş bu əməliyyatdan sonra adanın şimal hissəsində yaşamağa başlayan türklərin hüquqlarını beynəlxalq arenada müdafiə etdi, 1983-cü ildə qurulan Şimali Kipr Türk Respublikasının ilk prezidenti oldu.

Ölümü ilə Türk dünyasını yasa boğan Rauf Denktaşın nəşi yanvarın 17-də Kiprdəki Səlimiyyə Məscidində qılınan cənazə namazından sonra Cümhuriyyət parkındakı mavzoleydə dəfn edildi.



Әlaqәli Xәbәrlәr