Tarixdә bu gün

Tarixdә bu gün: 16 yanvar

1126233
Tarixdә bu gün

Tarixin bu günü harada nәlәr baş verib? Qısaca nәzәr salaq.

Osmanlı İmperiyasının XII padişahı III Murad iflic olaraq 1595-ci ilin 16 yanvar tarixindә vәfat edib. III Murad  atası II Selim dünyasını dәyişdikdәn sonra  1574-cü ildә taxta oturub.

Osmanlı İmperiyası III Murad dövründә әn geniş әrazilәrә sahib olaraq  imperiyaya çevrilib.

***********

Cozef Lui Qay-Lussak  fransız fiziki vә  kimyaçıdır.  Atmosferi vә  müxtəlif yüksəkliklərdə havanın rütubətini və temperaturunu araşdıran Qay-Lussak 1804-cü ilin 16 yanvar tarixindә  hidrogen qazı ilә şişirilmiş balonla 7 kilometr yüksәklikdә araşdırmalar aparıb.

***********

Cumhuriyyәt elan edildikdәn sonra Türkiyә dә müasir ölkәlәrin sәviyyәsinә çatmaq üçün hәr sahәdә  әhәmiyyәtli addımlar atıb. Mәhs bu sahәlәrdәn biri dә musiqi olub. Qәrb musiqisini öyrәnmәk vә yaymaq әn mühüm vәzifәlәrdәn biri olub. O dövrün әn görkәmli bәstәkarlarından  biri olan Cәmal Rәşid Reyin  ‘’12-ci Anadolu Türkisü’’ adlı әsәri ilk dәfә 1928-ci ilin 16 yanvar tarixindә sәslәndirilib.

 

**********

1952-ci ilin 16 yanvar tarixindә Osmanlı әdәbiyyatının әn mәşhur adlarından biri olan Recaizadә Mahmud Әkrәmin oğlu jurnalist, yazıcı Әrcümәnt Әkrәm Talu Fransanın Fәxri Legion ordeni ilә tәltif olunub. Yazıçı bu mükafata Türkiyə-Fransa mədəniyyət əlaqələrinə verdiyi töhfələrə görə layiq görülüb.

**********

Məhəmməd Rza Pəhləvi 1941-ci ilin 16 yanvar tarixindәn  1979-cu ilin 11 fevral tarixinәdәk  İranda şahənşah olur. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunur və İran İslam Respublikası elan edilir.
Nəticədə vətənini tərk edərək mühacirətə yollanan şah 1980-ci ilin 27 iyul tarixindә  Misirin paytaxtı Qahirədə ölür. Onu Əl-Rifahi məsçidində dəfn edirlər. 


Etiketlәr: #Tarixdә bu gün

Әlaqәli Xәbәrlәr