Tarixdə bu gün: 6 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1117642
Tarixdə bu gün: 6 yanvar

  Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

***

  Kommunikasiya sahəsində yeni bir dövr açan, texnoloji inkişafın ilk addımı sayılan teleqraf Samuel Morze tərəfindən ilk dəfə 1838-ci ilin bu günü xalqa təqdim edilib.

***

  Birinci İnönü döyüşü 1921-ci ilin bu günü – yanvarın 6-da başlayıb. İşğal altındakı torpaqlardan düşməni qovmaq üçün Milli Mücadiləyə başlayan türklər yeni qurulan nizami ordu ilə qələbə qazanıb.

***

  1946-cı il yanvarın 6-da İranda Azərbaycan Milli Firqəsinin qərarı ilə Azərbaycan türkcəsi dövlət dili elan olunub. Bu, 21 Azər inqilabından sonra milli hökumətin qəbul etdiyi ilk qərar idi. Bundan sonra hökumət Təbriz Dövlət Universitetinin yaranması ilə bağlı qərar verdi.

***

  1956-ci ilin bu günü Kanadada 14 ölkənin qatıldığı hava nümayişi yarışlarında Türkiyə birinci olub.  

***

  1960-cı ilin 6 yanvarında Türkiyədə Mersin zavodunun təməli qoyulub. Gündə 9 min ton xam neft emal edən zavodun tikintisinə 15 min ton polad istifadə edilib.

***

  Türkiyədə insanların üstündə gəzdirməsi belə qadağan olunan valyuta alış-verişi 1984-ci ilin bu günündən sərbəst buraxılıb.

***                                                                 

  1990-cı ilin 6 yanvarında ermənilər Azərbaycanın Ağdam şəhər avtovağzalında partlayış törətdi: 2 nəfər həlak oldu, 2-si yaralandı.

***                                             

  Bu gün görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin xatirə günüdür. O, 1976-cı ilin 6 yanvarında 69 yaşında dünyasını dəyişib. Sankt-Peterburq Konservatoriyası nəzdindəki musiqi məktəbini bitirdikdən (1938) ta ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor olan Əfrasiyab Bədəlbəyli musiqi mədəniyyəti tarixində daha çox “Qız qalası” ilk Azərbaycan milli baletinin müəllifi olaraq tanınır. (1907-1976)



Әlaqәli Xәbәrlәr