Kokos yağının faydaları (mətin və audio)

B gün sizə kokos yağı, yəni Hindistan qozu yağının faydalarından danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2047907
Kokos yağının faydaları (mətin və audio)

Kokos yağının dəri və saç üçün faydaları

 

  Hindistan qozu ağacının meyvəsindən əldə edilən kokos yağının ümumi faydaları nələrdir?

• Təbii kokos yağı ürək-damar xəstəliklərinə səbəb olan stressi azaldır.

• Tərkibindəki yağ turşuları toxluq hissini artıraraq arıqlamağa kömək edir.

• Aktiv maddələri sayəsində mikroböldürücü təsirə malikdir.

• Kokos yağının tərkibində olan bəzi maddələr sinir hüceyrələrinin zədələnməsi ilə bağlı simptomları azaldır, beyinin fəaliyyətinə müsbət təsir göstərir, Alzheimer xəstəliyinə qarşı güçlü şəkildə qoruyur.

• Tərkibindəki bəzi maddələr kokos yağının epilepsiya tutmalarının tezliyini azaltmağa kömək edir.

  Kokos yağı və dəri sağlamlığı. Dərini sağlamlaşdıran kokos yağı dəri quruluğunu aradan qaldırmaq üçün əla əlacdır: səthə tətbiq edildikdə dəri baryerini bərpa edir, nəmləndirici xüsusiyyətləri sayəsində dəridə çatların əmələ gəlməsinin qarşısını alır.

  Dərinin görünüşünü yaxşılaşdırmaq üçün kosmetik məqsədlərlə istifadə edilən kokos yağı həmçinin dərinin funksiyasını fəallaşdırmaqla həddindən artıq quruluğun qarşısını almağa kömək edir, yoluxucu, kimyəvi maddələr və allergik amillərdən qoruya bilir. Əllərin üzərinə 6-8 damcı təmiz kokos yağı çəkib hər tərəfinə yaymaq quru dərinin qarşısını almaq üçün təsirli bir üsuldur. O, həmçinin dəri iltihabı və xroniki dəri xəstəliyi olan atopik dermatitin yüngül və ya orta dərəcəli simptomlarının şiddətini azalda bilir.

  Kokos yağı və saç sağlamlığı. Tərkibindəki aktiv maddələri sayəsində kokos yağı saça nəmləndirici təsir göstərir, telləri qidalandırır, qırılmaları azaldır, dağılmış ucları düzəldir, saçı zədələnmədən qoruyur, bütün bunlar öz növbəsində saçları güclü edir.

  Kokos yağı və ağız sağlamlığı. Ağız gigiyenasına fayda verməsi üçün kokos yağından qarqara kimi istifadə olunmalıdır. Adi qarqara ilə müqayisədə ağızdakı zərərli bakteriyaların sayını əhəmiyyətli dərəcədə azalda bilir. Belə ki, kokos yağının tərkibindəki turşu tüpürcəklə reaksiyaya girərək sabun kimi bir maddə əmələ gətirir ki, bu da çürüklərin qarşısını alır və eyni zamanda, diş əti iltihabını azaldır.

  Antioksidantların yaxşı mənbəyi olan kokos yağı sərbəst radikallar adlanan zərərli molekulları zərərsizləşdirməyə kömək edir. Bu, müxtəlif xroniki xəstəliklərin qarşısını almaqda, o cümlədən diabetin ağırlaşmasını azaltmaqda təsirli olur.

  Kokos yağından necə istifadə etmək lazımdır? Birbaşa dəriyə və saça tətbiq olunan kokos yağı qəhvə ilə qarışdırılaraq da istifadə oluna bilər.

  Kokos yağı dərini, saçı qidalandırmaqla yanaşı, saç köklərini də qidalandırır. Bu səbəbdən çox istifadə edildikdə üzdə tüklərin də çoxalmasına səbəb ola bilir.

  Kokos yağını istifadə edənlər nələrə diqqət etməlidir? Yüksək enerji tərkibinə görə kokos yağı həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur. Yüksək xolesterol problemi olan insanlarda ürək-damar xəstəlikləri riskini artıra bilir.



Әlaqәli Xәbәrlәr