Zeytun yarpağı çayının faydaları (audio)

Bu gün sizə “Zeytun yarpağı çayının faydaları”ndan danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2041485
Zeytun yarpağı çayının faydaları (audio)

Zeytun yarpağı çayının faydası və zərəri

 

   İstəkli dinləyicilər, b

  Zeytun yarpağı çayının əsas faydaları bunlardır:

• antiviral və antibakterial xüsusiyyətlərə malikdir;

• göbələk əleyhinə yaxşı gəlir;

• pis xolesterini aşağı sala bilir;

• iltihab əleyhinə mübarizə aparır;

• qan təzyiqini aşağı salmağa kömək edir;

• damarları rahatlaşdıraraq qan axınının artmasına yardımı olur;

• immun sistemini qoruyur və çoxaldır;

• qan şəkərinin səviyyəsini azalda bilir.

• erkən qocalmanın qarşısını alır;

• xroniki yorğunluğu müalicə edərək enerji səviyyəsini artırır;

• əhvalınızı yüksəldə bilir;

• allergiyaların müalicəsində faydalıdır;

• əzələ spazmlarının qarşısını almağa yardım edir;

• qaraciyər, döş və prostat xərçəngi növlərinin müalicəsinə kömək edə bilir.

KEÇİD

  Ürək-damar xəstəlikləri. Zeytun yarpağı çayı pis xolesterini aşağı salır, qan axınını artırmağa və təzyiqi aşağı salmağa kömək edir ki, bu da özlüyündə ürək-damar xəstəliyi riskini azaldır.

  Yüksək qan təzyiqi. Zeytun yarpağı çayı qan təzyiqini aşağı salmağa kömək edə bilir.

  Şəkərli diabet. Zeytun yarpağı çayı insulinə həssaslığı artırır, yəni insanın insulini daha effektiv işləyir. Bir çox tədqiqatlar zeytun yarpağı ekstraktının qan şəkərinin dəyişməsini tənzimləməyə kömək etdiyi fikrini dəstəkləyir. Araşdırmalar həmçinin göstərir ki, zeytun yarpağı çayı diabet üçün ən böyük risk faktorlarından biri olan bədənin insulin müqavimətini azalda bilir.

  Beyin funksiyası. Zeytun yarpağının Parkinson xəstələrinə fayda verə və Alzheimer xəstəliyinə qarşı müəyyən qədər qorunma təmin edə biləcəyi fikri irəli sürülüb.

  Göbələklərə, viruslara və bakteriyalara qarşı. Zeytun yarpağı virusları və bakteriyaları öldürmək gücünə malikdir və buna görə onların yaratdığı infeksiyaların müalicəsində faydalı olur.

  Dəri sağlamlığı. Zeytun yarpağı ekstraktı birbaşa yaraya tətbiq edildikdə dəri və yaraların sağalmasına kömək edir. Həmçinin zeytun yarpaqlarında olan antioksidan xüsusiyyətlərinə görə dəri hüceyrələrinin zədələnməsinin qarşısını ala və dəri qocalmasını gecikdirə bilir.

  Çəkiyə nəzarət. Zeytun yarpağı çayının qəbulu arıqlamağa kömək edir.

  Zeytun yarpağı və yaşıl çay. Tamamilə kofeinsiz olduğu üçün zeytun yarpağı yaşıl çaya ideal alternativdir. Həmçinin zeytun yarpağı yaşıl çaydan 2 dəfə çox antioksidant həcminə və 4 dəfə çox C vitamini miqdarına malikdir.

KEÇİD

  Zeytun yarpağının əks təsirləri nələrdir?

  Qan təzyiqi və qlükoza səviyyəsini aşağı saldığı üçün təzyiq və qlükoza səviyyəsi aşağı olanlar zeytun yarpağından istifadə edərkən ehtiyatlı olmalıdır.

  Zeytun yarpağı öskürək, başgicəllənmə, mədə və baş ağrılarına əks təsir edir.

  Bəzi adamlarda zeytun ağaclarından çıxan çiçək tozlarına qarşı allergiya var və ona görə yarpağının çayını qəbul edərkən allergik reaksiya olur.

  Qlükoza və qan təzyiqi səviyyəsini aşağı salan dərmanlarla qarşılıqlı əlaqə təhlükəli nəticə verə bilər. Şəkərli diabeti, böyrək xəstəliyi olanlar, hamilə və ya əmizdirən qadınlar zeytun yarpağı qəbul etmək üçün həkimdən məsləhət almalıdır.

  Zeytun yarpağı çayı necə hazırlanır? - 1 stəkan qaynadılmış suya 1 xörək qaşığı qurudulmuş zeytun yarpaq əlavə edib 10 dəqiqə dəmlənməsini gözləmək vacibdir. Sonra zeytun yarpağı çayını süzüb içmək olar, istər ac, istər tox qarına, gündə 1-2 dəfə.

  Zeytun yarpağını ağzı qapalı qabda, sərin, qaranlıq və quru yerdə 2 ilə qədər saxlamaq mümkündür.



Әlaqәli Xәbәrlәr