Qәhraman qadınlarımız: Canan Dağdeviren

Hekayəmizi Canan Dağdevirənə və gecə-gündüz insanlıq üçün çalışanlara həsr etmək istəyirik.

2092391
Qәhraman qadınlarımız: Canan Dağdeviren

Qәhraman qadınlarımız: Canan Dağdeviren

“Bunu edə bilmirəm, edə bilmirəm. Mən bacarmıram!" dedi Mələk. O, darıxdığını göstərən bir hərəkətlə qələmini stolun üstünə atdı.

Üzərində işlədiyi layihə artıq bitməli idi, amma bacara bilməmişdi. Bəlkə də vaz keçməli idi. Bəlkə heç başlamasaydı, daha yaxşı olardı. Ancaq bu layihəni babası ilə birlikdə xəyal edib inkişaf etdirmişdi. O vaxtlar bu, sadəcə xəyal idi, o vaxt onun nə imkanı, nə də biliyi var idi. İndi isə onun biliyi var, ancaq babası yox idi!

Bunları düşündükcə onun əhvalı daha da pisləşdi. Düşünməmək üçün ayağa qalxıb kitabxanada bir az gəzmək qərarına gəldi. O, göz gəzdirərkən bir jurnalın açıq səhifəsi onun diqqətini çəkdi. Jurnalı əlinə aldı, yanındakı stulda oturdu və jurnalı vərəqələməyə başladı.

İlk nəzərinə çarpan bir qadın şəkli idi. Şəklin altında isə professor   Dr. Canan Dağdeviren tərəfindən yazılmış və bir sitat var idi:

“Uğurlu olmağın birinci şərti xəyal etməkdir. İkincisi, arzularının arxasınca getmək, üçüncüsü, Allahın birinci əmri olan oxumaqdır, dördüsü, plan qurmaqdır, beşincisi isə ədəbiyyatla maraqlanmaqdır''.

Bu sətirləri oxuyanda fikrinə yenə babası gəldi. Məqalə əhval-ruhiyyəsinə necə də uyğun idi. Canan Dağdeviren kimdir? Mələk oxumağa başladı.

Canan Dağdeviren 1985-ci ildə İstanbulda anadan olub. 2007-ci ildə Hacettepe Universiteti Fizika Mühəndisliyi fakültəsini bitirdikdən sonra 2009-cu ildə Sabancı Universitetində Material Elmləri və Mühəndisliyi üzrə magistraturanı bitirib. 2014-cü ildə isə ABŞ-da doktoranturanı bitirib. Bu müddət ərzində fizika, elektronika, kimya, material, mexanika və tibb sahələrinə daxil edilən elastik və qatlana bilən elektron cihazlarla bağlı araşdırmalar aparıb.

Canan Dağdevirənin çox uğurlu bir alim olduğu açıq-aşkar ortada idi, amma Mələyə dərindən təsir edən başqa bir detal da var idi. Buna səbəb Dağdevirənin babasını tanımadan onun ürək çatışmazlığından vəfat etməsi idi. Mələk bu baxımdan özünü şanslı hiss etdi, çünki babası ilə çox gözəl vaxt keçirmək imkanı oldu.

Ancaq babasının ölümü balaca Cananın xəyal qurmasına səbəb oldu və nəticədə bu olay həyat qurtaran məhsulun yaranmasına səbəb oldu.

28 yaşında, babasının vəfat etdiyi yaşda Amerikada “Çılğın türk” kimi tanınan bu qadın sarğı kimi yumşaq, dəriyə asanlıqla yapışdırılan ürək stimulyatoru icad edib. Onun xüsusiyyəti ondan ibarət idi ki, bu batareya köhnə batareyalar kimi zəif deyil idi və lazım olan enerjini istehsal edə bilirdi.

Canan Dağdeviren bununla da kifayətlənməyib, xəyal etməyə, işləməyə və ixtira etməyə davam edib. Bu dəfə xalasının süd vəzi xərçəngini aşkar etmək üçün çəkdiyi eskiz ilham mənbəyi olub. Təəssüf ki, o, xalasını xilas edə bilməyib, lakin o və komandası süd vəzi xərçənginin diaqnozu üçün geyilə bilən ultrasəs skaner cihazını ixtira ediblər.

Mələk başını qaldırdı və oxuduğunu başa düşməyə çalışdı. Canan Dağdeviren ''Forbes'' jurnalının "30 yaşdan kiçik 30 alim" siyahısına daxil edildi və Harvard Universitetinin gənc akademiya üzvü seçilən ilk türk oldu. Mələyi ən çox təəccübləndirən onun ən böyük motivasiyasının maraq və insanların həyatına toxunma hissi idi.

"Deməli, istədiyin zaman olur" deyə Mələk öz-özünə düşündü. “Onda nəyi gözləyirsən! "Görüləcək daha çox iş var" dedi və qətiyyətlə ayağa qalxdı. Masasına qayıtdı, layihəsinə baxdı və arxayın bir tonda dedi: “Harada qalmışdım?. O, Canan Dağdevirenin ''Uğurlu olmağın beş şərtini yadına saldı və '' Mən hansı mərhələdəyəm'' deyə düşündü. Yenə qələmini əlinə aldı, kresloda oturdu, babasını yadına saldı, Canan Dağdevirənə təşəkkür etdi və işinə başladı.

Hekayəmizi Canan Dağdevirənə və gecə-gündüz insanlıq üçün çalışanlara həsr etmək istəyirik.



Әlaqәli Xәbәrlәr