Qəhrəman qadınlarımız: Afifə Jalə

Mən teatrı sevirəm. Mənim üçün füsunkar bir mühitdir. Tamaşanı izləmək  üçün müxtəlif yerlərdən müxtəlif insanlar bir araya gəlir və zalda öz yerlərini tuturlar.

2083889
Qəhrəman qadınlarımız: Afifə Jalə

Qəhrəman qadınlarımız: Afifə Jalə

 

Mən teatrı sevirəm. Mənim üçün füsunkar bir mühitdir. Tamaşanı izləmək  üçün müxtəlif yerlərdən müxtəlif insanlar bir araya gəlir və zalda öz yerlərini tuturlar.

Sonra işıqlar sönür. Sükut hökm sürür və son öskürəklər eşidilir. Tamaşaçıların nəzərləri səhnəyə yönəlir və nəhayət pərdə açılır və tamaşa başlayır!

Teatr elə bir məkandır ki, bir növ güzgü rolunu oynayır. Tamaşaçısını ağladır, güldürür, hirsləndirir, qorxudur, sevindirir, digər tərəfdən də sevgini yaşadır. Sonradan bütün bu hissləri sorğulamağa vadar edir. Teatrın yarandığı Antik Yunan dövründən bu günə qədər tamaşaçılar özündən bir neçə addım öndə olan aktyorların canlı ifası sayəsində bu duyğu və düşüncəni bir arada yaşayır.

Mən teatra olan sevgimi bir qadına borcluyam. Onun adı Afifədir!

Əslində teatra çox da marağım yox idi. Bir gün dostum Aslının təkidi ilə tamaşanı izləmək üçün teatra getdim. Tamaşanı izləməkdən  həzz alsam da, həmin gecə mənə təsir edən başqa bir şey idi.Tamaşanın birinci hissəsi bitdikdən sonra dostumla təmiz hava almağa çıxdıq. Yanımda dayanan cütlük baş rol ifaçısının performansı haqqında danışırdı. Mən də istəmədən onlara qulaq asdım.

"Amma necə oynayırdı... Rolunu çox yaxşı ifa edirdi'' dedi qadın. "Mən səninlə razıyam. Bildiyimə görə, tamaşanın müəllifi Afife Jalənin həyatından ilhamlanıb” deyə cavab verdi dostu. “Əlbəttə... Sən belə deyəndə bütün parçalar yerinə düşdü. İndi tamaşanı daha çox bəyəndim'' dedi qarşısındakı.

Özümü saxlaya bilməyib “Bağışlayın, sözünüzü kəsirəm” dedim. Bayaq Afife Jalə adlı birinin adını çəkdiniz. Kimdir o?". “Afife Jalə ilk müsəlman türk qadın teatr aktrisasıdır. O, Osmanlı İmperiyasının son dövründə və Cümhuriyyətin başlanğıcında yaşayıb. Onun çətin həyatı var idi" dedi qadın.

Öyrəndiyim yeni məlumatlar mənim marağımı artırdı və evə çatan kimi araşdırmaya başladım. Bu Afifә Jalə kim idi və nələr yaşadı?

Afifә Jalə 1902-ci ildə İstanbulun Kadıköy rayonunda anadan olub. Uşaqlıq dövründən etibarən arzularını həyata keçirməyi sevən müstəqil bir qız idi və təbii ki, ən böyük arzusu teatr aktrisası olmaq idi. Təhsilini İstanbul Qız Sənaye Məktəbində bitirib.

Bu gənc və sənətsevər qızın yaşadığı dövrdə türk və müsəlman qadınlarının teatrda oynaması qadağan edilib. Buna baxmayaraq, Afifə Jalə  10 noyabr 1918-ci ildə Osmanlı İmperiyasının ilk konservatoriyası olan Darülbedayiyə tələbə olaraq qəbul edilib. Beləliklə, gənc Afifə arzularına qismən də olsa yaxınlaşıb. O, səhnəyə çıxa bilməsə də, heç olmasa teatr təhsili almağa başlayıb.

Bunları oxuyanda öz-özümə barvo dedim və Afifə Jalenin necə də mübarizə aparan güclü ruhu olduğunu düşündüm. Sonra ayağa qalxdım, və çay dəmləmək qərarına gəldim və araşdırmalarımı qaldığım yerdən davam etdirdim.

Afifənin arzusu 1920-ci ilin aprelində gerçəkləşdi. Hüseyn Suatın “Yamalar” tamaşasının ilk premyerası keçiriləcəkdi, amma son anda “Emel” obrazını canlandıracaq əcnəbi aktrisa işdən çıxıb. Bu rol Afifeyə verildi. Beləliklə  Afifə aprelin 22-nə keçən gecə “Jalə” təxəllüsü ilə səhnəyə çıxıb və ilk müsəlman türk qadın teatr aktrisası kimi tarixə düşüb. Bu istedadlı qadın tarix yazmaqla yanaşı, bir çox çətinliklərlə də üzləşib.

Müsəlman türk qadının teatrda oynaması xəbəri yayılanda polis Afifəni saxlamaq üçün evinə basqın edib.  Dostlarının köməyi ilə bir neçə dəfə qaça bilsə də, sonda yaxalanıb. Bu olaydan sonra 1921-ci il fevralın 27-də rəsmi qərarla müsəlman qadınların teatrda oynaması qəti şəkildə qadağan edilib. Beləliklə Afifə işini itirib.

Atası da Afifənin teatra olan marağına və səhnəyə çıxmasına görə ondan imtina etdi. Buna baxmayaraq, Afifə ilk dəfə səhnəyə çıxdığı gecə ilə bağlı illər sonra dostuna bu sözləri yazıb:

“Həyatımda xoşbəxt olduğum ilk gecə idi. O tamaşada gözəl bir səhnə var idi, ağlama səhnəsi. Həqiqətən də orada  xoşbəxtlikdən ağladım. Alqışlar, alqışlar, alqışlar... Pərdə bağlandı, açıldı. Mənə gül gətirdilər. Pərdə yenidən bağlandı. Səhnə arxasında yazıçı Hüseyn Suat bəy gözləyirdi. Mən gedəndə dayanıb alnımdan öpdü. “Səhnəmizin qəhramana ehtiyacı var idi. O qəhraman sənsən'' dedi Hüseyn Suat''.

Bu sətirləri oxuyanda Afifənin peşəsinə özünü nə qədər həsr etdiyini anladım. Çayımdan bir qurtum içdim. Bilirdim ki, öncül olmaq əlbəttə asan deyil, xüsusən də içində olduğunuz cəmiyyət hələ hazır deyilsə, ona görə də Afifənin yaşadıqları məni kədərləndirdi.

Afifə işini itirəndə təbii olaraq maddi sıxıntılar yaşamağa başladı və depressiyaya düşdü. Keçməyən baş ağrılarından şikayətlənməyə başladı. Yanlış dərmanlar da daha böyük problemlərə səbəb olurdu. 1923-cü ildə Atatürk türk qadınlarının səhnəyə çıxmasına qoyulan qadağanı aradan qaldıranda, bu teatrsevər qadın nəhayət ki, sərbəst şəkildə peşəsi ilə məşğul olmağa başlaya bildi.

Bir neçə il sonra bəstəkar Səlahəddin Pınarla tanış oldu və onlar ilk baxışda bir-birinə aşiq olurlar. 1929-cu ildə evləndilər, lakin altı il sonra cütlük boşandı. Sәhәtindәki problemlәr sәbәbindәn səhnəyə çıxması çətinləşdi. 39 yaşlı Afifə 24 iyul 1941-ci ildə müalicə olunduğu xəstəxanada vəfat etdi.

“Sən çox cəsur və ehtiraslı qadınsanmış Afifə. Bu dünyanın yükü sənin üçün ağır idi" dedim və ayağa qalxdım. Evdəki səssizlik məni narahat etdiyindən radioya üz tutdum. “Bir az musiqi dinləmək yaxşı olardı'' deyə düşündüm. Radiomu açdım. Radioda Səlahəddin Pınarın Afifə üçün bəstələdiyi  "Bir Bahar Akşamı" maxnısı Zeki Mürenin ifasında çalırdı.

Oturdum və hekayəsini öyrənəndən sonra bu mahnını daha çox zövqlə dinlədiyimi anladım.

Birdən qapı döyüldü. Məni teatra aparan dostum Әsli qarşımda dayanmışdı. “Tez paltarını dəyiş. Gedirik" dedi. Hara gedirik?” deyə soruşdum.  “Afife Teatr Mükafatı mərasiminə qatılacağıq. Afifə Jalənin xatirəsinə hər il teatr sahəsində mükafatlar verilir. Afife Jalədən çox təsirləndiyini gördükdə dortuma zəng vurdum. Bu axşam keçiriləcək mükafatlandırma mərasimi üçün bizim üçün yer ayırdı”.

Həm çox sevindim, həm də təsirləndim. Ölkəmizin ilk müsəlman qadın teatr aktrisasının xatirəsini bundan daha yaxşı yad etmək olmazdı.Bu  mükafatlar sayəsində Afifə Jalə  aramızda olacaq.

Afifə Jalə belə deyib:“Məni mərhəmətlə deyil, düşüncə ilə, sevgi ilə və qucaqlayaraq xatırlayın. Teatr varsa, mən də varam!”.

Hekayəmizi Afifə Jaləyə və bütün çətinliklərə baxmayaraq heç vaxt vaz keçməyənlərə həsr etmək istərdik.



Әlaqәli Xәbәrlәr