Elektrikli nəqliyyat vasitələri

Texnologiyadakı son inkişaflar və iqlim dəyişikliyinə qarşı görülәn tədbirlərlə elektrikli nəqliyyat vasitələrinin istifadəsi sürətlə yayılıb.

2147204
Elektrikli nəqliyyat vasitələri

Elektrikli nəqliyyat vasitələri

Texnologiyadakı son inkişaflar və iqlim dəyişikliyinə qarşı görülәn tədbirlərlə elektrikli nəqliyyat vasitələrinin istifadəsi sürətlə yayılıb. Elektrikli nəqliyyat vasitələrinin istifadəsi bir çox hökumətlər tərəfindən dəstəklənməyə başlayıb. Ölkələr vergilər başda olmaqla bir çox mövzuda həm elektromobil istehsalçılarına, həm də istifadəçilərinə dəstək verməyə başlayıb.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, 2030-cu ilə qədər dünyada elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq. Dünyada satılan avtomobillərin 60 faizindən çoxu elektriklə işləyən avtomobillər olacaq.

Elektrikli avtomobillərin 50 faizindən çoxu Çində satılıb. Hazırda ölkədə 8 milyon elektrikli avtomobilin istifadә edildiyi bildirilir.

Avropa İttifaqı isә bu mövzuda ikinci yerdәdir. 2023-cü ildə dünyada istehsal edilәn hər dörd elektrikli avtomobildən biri Avropa ölkәlәrinә satılıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Avropada elektrikli avtomobil satışları avqust ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 118,1 faiz  artaraq 165 165 ədədə, bu vasitələrin ümumi satışlardakı payı isə 21 faizә yüksəlib. Belə ki, 2022-ci ilin avqust ayında satılan hər 5 avtomobildən 1-i elektromobil olub.

Bu çәrçivәdә Skandinaviya ölkәlәri diqqәt çәkir. 2022-ci ildə Norveçdə satılan 100 avtomobildən 79-u elektriklə işləyən avtomobil olub.

İsveç və İslandiyada hərəkətdə olan nəqliyyat vasitələrinin təxminən 40 faizi elektriklə işləyən avtomobillərdir.

Yanvar-sentyabr ayları arasında  Avropada ən çox elektrikli avtomobil satan ölkə  Almaniya olub. Almaniyada bu dövr әrzindә 387 289, İngiltәrәdә 238 541, Fransada 204 616, Hollandiyada 85 486, İsveçdә 81 210, Norveçdә 79 672, Belçikada 68 696,  İtaliyada 45 758, Danimarkada 40 828, İsveçrәdә 36 235, Avstriyada 34  894 vә İspaniyada 34 606 әdәd elektrikli avtomobil satılıb.

İlin 9 ayında elektriklə işləyən avtomobil satışı keçən ilin eyni dövrü ilə müqayisədə Belçikada 165,9 faiz, Yunanıstanda 148 faiz, Finlandiyada isə 131,3 faiz artıb. Bu dövrdə elektromobil satışları İspaniyada 64, Fransada 45,3, Almaniyada 42,1, İngiltərədə 35,8, İtaliyada isə 27,6 faiz artıb.

Avropa ölkələri elektromobillərin bazara daxil olmasını təşviq etmək üçün müxtəlif maliyyə dəstəyi təklif edir. Bununla belə, üzv ölkələrin bu sahədə təqdim etdiyi vergi üstünlükləri və satınalma təşviqləri çox müxtəlifdir.

Avropa İttifaqına üzv 20 ölkә elektrikli avtomobillәrin alqı-satqısı mövzusunda dәstәk verir. Belçika, Bolqarıstan, Danimarka, Finlandiya, Latviya və Slovakiyada bu mövzuda  tәşviqlәr olmasa da,  vergi endirimləri və güzəştlər olur.

Türkiyədә elektrikli avtomobillәrin satışı xüsusilә ‘‘Togg’’un satışa çıxarılması ilә 1,5 ildә əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə Türkiyədə 14 552 elektrik avtomobilil satılıb. 2024-cü ildə isә satılan elektromobillərin sayı dəfələrlə artaraq 100 minə çatıb.

Türkiyədə 2023-cü ildə qeydiyyata alınan avtomobillər arasında elektrikli nəqliyyat vasitələrinin payı təxminən 7 faiz olub. IEA-nın Qlobal Elektrikli Avtomobil Görünüşü hesabatına görə, 2022-ci ildə elektrikli avtomobillərin ümumi avtomobil satışlarındakı payı 14 faizə çatıb. Bu nisbət 2020-ci ildə 4 faiz, 2021-ci ildə isə 9 faiz təşkil edib.

2024-cü ildә dünya üzrә elektrikli avtomobil satışlarının sayının 15 milyona yaxınlaşacağı və hər 5 avtomobildən birinin elektrikli olacağı gözlənilir. 2030-cu ildə dünyada elektrikli avtomobil ehtiyatının 350 milyon civarında olacağı gözlənilir.

Elektrikli nəqliyyat vasitələrinin sayı sürətlə artarkən, istifadəçilərin ən böyük problemi enerji doldurma mәntәqәlәrinin sayının azlığıdır.

Hazırda Türkiyәdә enerji doldurma mәntәqәlәrinin sayının 7 949 olduğı bildirilir. Enerji doldurma portlarının ümumi sayı isә 18 454-dür.

Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, bu portlardan  6 474-ü sürәtli enerji doldurma, 11 980-i isə normal enerji dordurma portudur.



Әlaqәli Xәbәrlәr