Siqaret çəkməmək lazımdır, çünki … (mətin və audio)

Bu gün ən mühüm problemlərdən birinə toxunacağıq. Bir çox xəstəliklərin, xüsusən də xərçəngin əsas səbəbi olan siqareti çəkməməliyik, çünki …

2122068
Siqaret çəkməmək lazımdır, çünki … (mətin və audio)

Niyə siqaret çəkməmək lazımdır?

 

  Bu gün ən mühüm problemlərdən birinə toxunacağıq. Bir çox xəstəliklərin, xüsusən də xərçəngin əsas səbəbi olan siqareti çəkməməliyik, çünki …  

  XIX əsrin ortalarına qədər gözlənilən orta ömür uzunluğu indikindən xeyli qısa idi. Bunun əsas səbəbi müalicə üsullarının hələ inkişaf etməməsiydi. Məsələn, diş çürüməsi olan bir adam 20-30 yaşlarında belə iltihabdan ölə bilirdi. Dərman, peyvənd və müalicə üsullarının kəşfləri ilə insanların həyat keyfiyyəti yüksəlsə də, sağlamlığı təhdid edən ixtiralar da az deyildi. Bunlardan biri siqaretdir.

  XX əsrin 50-ci illərinə qədər siqaretin zərərləri çox danışılan bir mövzu deyildi. Bu dövrdə Amerikada siqaretin sağlamlığa zərərli olmadığı mesajını verən həkimlər hətta siqaret reklamlarına da çəkilirdi. Ancaq inkişaf edən tibbi texnologiya sayəsində 50-ci illərin ikinci yarısından etibarən siqaretin ölümcül xəstəliklərə səbəb olduğu ortaya çıxmağa başladı.

  Bu gün tibbdə əldə edilən səviyyə siqaretin bir çox xərçəng növləri, xüsusilə də ağciyər xərçəngi ilə birbaşa əlaqəli olduğunu göstərir. Siqaretin ağız, yemək borusu, mədə, mədəaltı vəzi, böyrək, sidik kisəsi və uşaqlıq yolu kimi orqanlarda xərçəng riskini artırdığı da məlumdur.

  Siqaret bədəndəki demək olar ki, bütün üzvlərə mənfi təsir göstərir. Qan dövranını yavaşladan və uyuşmadan qanqrenaya qədər bir çox nəticələrə səbəb olan siqaret ateroskleroz da yaradır. Siqaret çəkənlərdə infarkt, insult və ürək xəstəlikləri daha çox olur.

  Siqaret vərdişinin zədələdiyi digər sistem isə reproduktiv sistemdir. Hamiləlik dövründə siqaret çəkmək sonsuzluğa gətirib çıxaran nəticələrə əlavə olaraq, uşaqsalma, vaxtından əvvəl doğuş və digər riskləri artırır. Siqaret immunitet sistemini də zəiflədir ki, orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Bu, siqaretdən birbaşa təsirlənən orqanlar istisna olmaqla, ümumiyyətlə bədəni qeyri-sağlam edir.

  Qeyd etdiyimiz zərərlər təkcə siqaret çəkənlərə deyil, siqaret çəkən mühitdə tüstüsünə məruz qalan insanlara da təsirini göstərir. Siqaretin yaydığı və insanların saçından tutmuş paltarına kimi hər şeyə hopan pis qoxudan başqa, həm də siqaret çəkməyənin ağciyərlərinə keçərək onu zədələyir. Həm özümüzün, həm də əzizlərimizin, sevdiklərimizin, balalarımızın sağlamlığı üçün siqaret çəkməməliyik.

 



Әlaqәli Xәbәrlәr