Misirə beynəlxalq dəstək

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun "Misirə beynəlxalq dəstək" başlıqlı məqaləsi...

2122244
Misirə beynəlxalq dəstək

Misirə beynəlxalq dəstək

Ciddi iqtisadi böhranlarla və tədiyə balansı problemləri ilə qarşı-qarşıya olan Misirə qlobal sistem dəstək verdi. Əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri ilə qəbul edilən 35 milyard dollarlıq investisiya razılaşması, daha sonra BVF ilə yeni kredit müqaviləsi, sonra isə Dünya Bankı və Avropa İttifaqı Misirə ardıcıl dəstək proqramlarını açıqladı.

Misir iqtisadiyyatı uzun müddətdir ki, ciddi böhranla qarşı-qarşıyadır. Əbdülfəttah əs Sisinin hakimiyyətə gəlməsindən sonra ölkə iqtisadiyyatı özünə gələ bilmədi. Ordunun nəzarətində olan iqtisadiyyatda resurslardan çox pis istifadə edilməsi və müdafiə məhsulların yüksək idxalı hesabına ölkənin borcları tədricən artdı. Ölkənin böyük xarici ticarət kəsiri olduğu halda,160 milyard dollarlıq xarici borc yarandı. Mərkəzi Bank xaricdən gələn svoplarla ayaqda qaldı, lakin xarici borcun maliyyələşdirilməsində böyük çətinlik yarandı və indiki şəraitdə borcların dövriyyəyə buraxılması çox çətin görünürdü. İsrailin Qəzzanı işğal etməsi və onun regional təsirləri də Misirin yoxsul iqtisadi vəziyyətinə təsir etdi. Ölkədə makroiqtisadi dinamika iflas ərəfəsində olduğu halda, orta statistik misirli üçün vəziyyət daha da pisdir. Alıcılıq qabiliyyəti azalıb və hətta ən əsas ehtiyacların ödənilməsi ciddi problemə çevrilib. Yüz milyondan çox olan Misir əhalisi hər il bir milyondan çox artır və bu səbəbdən sosial qəzəb də artır. 

Belə bir konyukturada Misir iqtisadiyyatı iflas ərəfəsində ikən nəhayət qlobal bir proses başlandı və Misir iqtisadiyyatı xaricdən dəstəklənməyə başlandı. Əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri dəstək verərək, şimal sahilindəki Rəsul-Hikmə şəhərinə 35 milyard dollar sərmayə qoyulması qərara alındı ​​və beləliklə, Misirə valyuta axını təmin edildi. Bu addım nə qədər də Misir torpaqları satılır deyə tənqid  olunsa da, Sisi administrasiyasının razılaşmadan razı qaldığı və Misirin valyuta ehtiyaclarını və borclarını ödəməsi üçün rahatlıq təmin etdiyi aydındır. Daha sonra BVF hərəkətə keçərək, məzənnələrin devalvasiyaya uğraması və bəzi digər şərtlərin yerinə yetirilməsi şərti ilə Misirə kredit vermək qərarına gəldi. Yenə Dünya Bankı və Avropa İttifaqı milyardlarla dollarlıq paketlər açıqladılar.

Nəticədə Misir təcili olaraq ehtiyac duyduğu milyardlarla dolları əldə etdi, lakin təbii ki, yüksək devalvasiya ilə Misir xalqı daha da yoxsullaşacağı və çətinləşəcəyi bir dövrə qədəm qoyur. Yenə ölkədə struktur baxımından heç bir addım atılmayıb, ordunun iqtisadiyyatda hökmranlığı davam edərkən, ölkənin resursları investisiyalardan çox hərbi xərclərə, səmərəsiz layihələrə yönəldilir. Təqdim olunan yardımlar Misirə yalnız daha bir müddət ayaqda qalmasına imkan verəcək, lakin müvafiq islahatlar aparılmazsa, Misir iqtisadiyyatının davamlı şəkildə öz yoluna qayıtması asan deyil. Dünya faktiki olaraq Misirin iflasa uğramaq üçün çox böyük bir ölkə olduğunu təsdiqlədi və mümkün iqtisadi iflasın həm region, həm də dünya üçün ciddi problemlər yaradacağını və xüsusən də qərb ölkələri üçün yeni miqrant axını mənasını daşıyacağını bilir. Yenə Qəzzaya həmsərhəd olduğuna görə də Misiri öz tərəfində saxlamaq istəyən aktyorlar indilik pul kisələrinin ağzını açıblar.     



Әlaqәli Xәbәrlәr