Qəhraman qadınlarımız: Leyla Gəncər

Həsən bəy təzəcə qəhvəsini almışdı və evinin ən gözəl güşəsində onu qurtumlamaq istəyirdi ki, bir səs eşitdi.

2117506
Qəhraman qadınlarımız: Leyla Gəncər

Qəhraman qadınlarımız: Leyla Gəncər

Həsən bəy təzəcə qəhvəsini almışdı və evinin ən gözəl güşəsində onu qurtumlamaq istəyirdi ki, bir səs eşitdi. “Nə oldu'' deyə səsli düşündü. Bir qadının səsini eşitdi. Yüksək səslə mahnı oxuyurdu. ''Gənclər arasında hörmət qalmayıb!” dedi.

Narahatlığını bildirmək üçün dəyənəklə bir neçə dəfə tavana möhkəm vurdu. Birdən səs kəsildi. Həsən bəy öz yerinə oturdu, qəhvəsini içdi və qarşısındakı pianoya baxdı və dedi “Əvvəllər pianoda çox ifa edərdim''

Qəflətən qapı döyüldü.“Axşamınız xeyir, Həsən bəy. Mən sizin üst mərtəbədəki qonşunuz Laləyəm. Narahatçılığa görə sizə tort gətirdim'' dedi gülümsəyərək.

Həsən bəy təəcübləndi və dedi:  “Sağ ol qızım. “Mənə de görüm, qonşularını düşünmədən niyə belə yüksək səslə oxuyursan?”.

“Mən konservatoriyaya daxil olmaq istəyirəm. Sabah imtahanım var, ona hazırlaşırdım. Mən gələcəkdə məşhur opera müğənnimiz Leyla Gəncər kimi olmaq istəyirəm" dedi Lalə.

20-ci əsrin ən önəmli sopranolarından biri kimi tanınan "La Diva Turca" ləqəbli Leyla Gəncər 1928-ci il oktyabrın 10-da İstanbulun Polonezköy səmtində anadan olub. Balaca Leyla imkanlı ailənin üşağı olub. Fransız dayəsindən fransız dilini öyrənib, həmçinin  dünya ədəbiyyatı, teatr və musiqi təhsili alıb.

Atasını gənc yaşlarında itirən Leyla onun yoxluğunu kitab və musiqi ilə doldurmağa çalışıb. O vaxt böyük yazıçı olmaq arzusunda idi.

İstanbul İtalyan liseyini bitirdikdən sonra İstanbul Dövlət (Bələdiyyə) Konservatoriyasının, o dövrdə deyildiyi kimi, Opera şöbəsinə daxil olub. O, təhsilə başlayan kimi dünyanın ən mühüm opera tamaşalarının nümayiş olunduğu İtaliyanın La Skala teatrında opera oxumağı qarşısına məqsəd qoymuş və buna nail olmaq üçün əzmlə çalışmışdır.

İki il sonra ona soyadını verən bank müdiri İbrahim Gəncərlə evləndi və təhsilini davam etdirdi. Həyat yoldaşı onu karyerası boyunca həmişə dəstəkləyib.

Gənc Leylanın həyatını kökündən dəyişdirən hadisə isə konservatoriyada təhsil aldığı illərdə İstanbula gələn məşhur Soprano Aranqi Lombardinin onu dinləyib Ankaraya dəvət etməsidir.

1949-cu ildə operanın tabe olduğu Dövlət Teatrının imtahanını müvəffəqiyyətlə verib və opera karyerasına 1950-ci ildə Ankara Dövlət Teatrında səhnəyə qoyulan ''Cavalleria Rusticana'' tamaşasındakı "Santuzza" obrazı ilə başlayıb. Sənətçi İtaliyada da ilk dəfə bu obrazla  tamaşaçıların qarşısına çıxıb.

Onun üçün bir başqa dönüş nöqtəsi isə 1953-cü ildə olub. Türkiye ilə İtaliya arasında mədəniyyət müqaviləsinin imzalanması ilə Avropanın qapıları açıldı. Gəncərə Romada resital vermək tapşırılıb və o gündən etibarən İtaliya həyatının mərkəzinə çevrilib.

1957-ci ilin 26 yanvar tarixində Milandakı La Skalada çıxış edərək gənclik arzusunu reallaşdırıb.

Leyla Gəncər özünəməxsus vokal istedadı ilə yanaşı, səhnədə canlandırdığı obrazları duyğu ilə canlandırmaq mövzusunda da çox uğurlu idi.  Yaradıcılığı boyu 23 bəstəkarın 72 əsərini repertuarına daxil edən sənətçi 1992-ci ilə qədər konsertlərini davam etdirib. Sonrakı illərdə həyatını gənc sənətçiləri yetişdirilməyə həsr edib. Ankara və İstanbulda opera seminarları verib.

O, bir çox ölkədən və qurumlardan çoxsaylı mükafatlar alıb. Eyni zamanda bir çox ölkə Leyla Gəncərə vətəndaşlıq təklif etsə də o, “Mən Anadolunun övladıyam” deyərək hamısından imtina edib.

O, 2008-ci il mayın 10-da Milandakı evində vəfat edib.

Həsən bəylə Lalə söhbət etməyə davam edirdi. Lalə pianoda ifa edən Həsən bəyə müşayiət edirdi. Leyla Gəncərin bir zamanlar ifa etdiyi Frederik Şopenin Opus N74 Polonaise kimi tanınan bəstəsini ifa edirdilər.

Musiqiyə olan həvəsləri Lalə ilə Həsən bəyi bir araya gətirdi və hər ikisi də bir-birini tapdıqları üçün çox xoşbəxt idilər.

Növbəti gün Lalənin konservatoriyaya qəbul imtahanındakı uğurunu birlikdə qeyd etdilər. Bir fərqlə: Bu dəfə tortu Həsən bəy aldı.

Hekayəmizi dünyamızı gözəlləşdirən musiqiyə və Leyla Gəncərə həsr edirik.



Әlaqәli Xәbәrlәr