Qəzzada körpələr aclıqdan ölür

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun "Qəzzada körpələr aclıqdan ölür" başlıqlı məqaləsi...

2112451
Qəzzada körpələr aclıqdan ölür

"Həmas" və digər fələstin müqavimət qruplarının İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatından sonra İsrailin Qəzzanı işğalı davam edərkən, iki milyon yarım insanın yaşadığı 360 kvadrat kilometrlik zolaq hər tərəfdən blokadaya alınmağa davam edir. İsrail bölgəni havadan və qurudan hədəf alır və mülki əhali qəsdən qətlə yetirilir. Yardımların bölgəyə çatmasının qarşısı alınarkən, insanlar, xüsusilə uşaq və körpələr aclıqdan ölməyə başlayıb. Dünya isə buna sadəcə tamaşa edir.

İsrailin Qəzzanı işğalı davam edir. Şəhərin 80 faizi demək olar ki, dağıdılıb, təxminən iki milyon yarım insanın yaşadığı 360 kvadrat kilometrlik zolaq hər tərəfdən blokadaya alınıb, 24 saat havadan və qurudan bombalanır. İsrail bununla kifayətlənmir və humanitar yardımın geniş miqyasda bölgəyə çatmasına mane olur. BMT-nin son məlumatlarına görə, Qəzzanın şimalında mühasirəyə düşən mülki vətəndaşlar hazırda aclıq çəkərkən, qida çatışmazlığı və susuzluqdan çoxlu uşaq və körpə ölüb. On minlərlə dinc sakinin qəsdən bombalarla öldürüldüyü bölgədə insanlar qida və suya çata bilmədiklərinə görə indi həyatlarını itirirlər. Və çox təəssüf ki, bütün bunlar dünyanın gözü qarşısında baş verir. Qərb dövlətləri, xüsusilə ABŞ zahirdə vəziyyəti xilas etmək üçün müxtəlif bəyanatlar verip, addımlar atsa da, İsrailin işğal hərəkətini və qırğınlarını geniş miqyasda həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir. Xüsusilə ABŞ az qala hər gün hava körpüsü yaradaraq İsrailə hərbi sursat daşıyarkən BMT Təhlükəsizlik Şurası kimi qurumlarda da İsrailin lehinə mövqe tutmağa davam edir. Nə qədər də Bayden Netanyahudan müxtəlif tələblər irəli sürsə də, atəşkəslə bağlı ritorika ortaya qoysa da praktikada İsrailə dəstəyi davam edir.

Qəzzada törədilən qırğınlar o həddə çatıb ki, uşaqlar və körpələr indi aclıqdan və susuzluqdan ölürlər. İsraili dəstəkləyən Qərb dünyası təbii ki, bütün bu cinayətlərdə ortaqdır. Qərbdə qlobal vicdan hərəkatının bir hissəsi olan çoxlu insanlar var və onlar öz sözünü deməkdən, aksiyalar təşkil etməkdən çəkinmirlər. Lakin dövlət səviyyəsində siyasət dəyişmir.

Netanyahunun döyüş kabineti "Həmas"ı hərbi yolla məhv edəcəklərinin fərqindədir, ona görə də onların əsas diqqəti "Həmas"a deyil, Qəzzanı məhv etmək, mülki əhalini qırmaq və insanları Sinay yarımadasına deportasiya etməkdir. Türkiye və Cənubi Afrika kimi ölkələr bu şüurla əllərindən gələni etməyə və İsrailə qarşı vicdan koalisiyası yaratmağa cəhd göstərirlər. Lakin nə islam ölkələri, nə də digər ölkələr İsrailə qarşı çəkindirici addımlar ata bilmirlər. Olan Qəzzadakı dinc sakinlərə, uşaqlara və körpələrə olur.

Bəlkə də İranı mötərizəyə salmaq lazımdır. İran və onun vəkil ünsürləri Hizbullah və husilər İsrailə qarşı aşağı intensivdə olan hərbi şərtlərə uyğun reaksiyalar göstərir. Husilərin Qırmızı dəniz və Babel Məndebi kəsməsi bu mənada təsirli görünür, lakin bu, İsraili çəkindirmək üçün tək başına kafi bir strategiya deyil. Xüsusən də Hizbullah müharibənin əvvəlində çox sərt ritorika irəli sürüb, əgər işğal başlasa, İsrailə qarşı bütün gücümüzlə döyüşəcəyik ritorikasına əməl etməməklə gözləniləndən xeyli aşağı olan bir hərbi əməliyyat ortaya qoydu. Təbii ki, ABŞ-ın bölgədəki möhkəmləndirilmiş hərbi mövcudluğu və təhdidlərinin də bunda təsirli olduğu görünür.

Nəticə etibarı ilə İslam ölkələri nə diplomatik, nə siyasi, nə də hərbi baxımdan İsraili çəkindirəcək heç bir addım ata bilmədilər. Qərb ölkələri isə, xüsusilə ABŞ və Böyük Britaniya İsrailin qırğınlarına ortaq olacaq şəkildə hərbi və siyasi dəstək verməyə davam edirlər.   



Әlaqәli Xәbәrlәr