Geotermal enerji

Geotermal enerji yerin yaxın təbəqələrində olan maqmadan, sudan, buxardan və isti qayalardan əldə edilən və Yer kürəsi mövcud olduğu müddətcə istifadə edilə bilən bir enerji növüdür.

2109583
Geotermal enerji

Geotermal enerji

Geotermal enerji yerin yaxın təbəqələrində olan maqmadan, sudan, buxardan və isti qayalardan əldə edilən və Yer kürəsi mövcud olduğu müddətcə istifadə edilə bilən bir enerji növüdür.

Geotermal enerji mənbələri hava şəraitindən asılı olmayaraq həftənin 7 günü 24 saat elektrik enerjisi istehsal etmək gücünə malikdir.

Elektrik enerjisi isə geotermal yataqlarda qazılan quyulardan buxar və suya ayrıldıqdan sonra turbinlər və generatorlar vasitəsilə istehsal olunur.

Geotermal enerji davamlı, etibarlı və ekoloji cəhətdən təmiz olduğu üçün qlobal miqyasda böyük rəğbət görür.

Türkiyenin 2023-cü ildə elektrik enerjisi istehsalının 36,3 faizi kömürdən, 21,4 faizi təbii qazdan, 19,6 faizi hidravlik enerjidən, 10,4 faizi küləkdən, 5,7 faizi günəş enerjisindən, 3,4 faizi geotermal enerjidən və 3,2 faizi də digər mənbələrdən təmin edildi.

Türkiye öz geoloji-coğrafi mövqeyinə görə aktiv tektonik qurşaqda yerləşdiyindən, geotermal ehtiyatlara görə dünya ölkələri arasında zəngin mövqedədir. Ölkənin bir çox yerində yayılmış minə yaxın geotermal ehtiyat var.

Türkiye hazırda geotermal potensiala görə Avropada 1-ci, quraşdırılmış gücə görə isə dünyada 4-cü yerdədir.

Geotermal enerjidən elektrik enerjisi istehsal edən ilk beş ölkə ABŞ, İndoneziya, Filippin, Türkiye və Yeni Zelandiyadır.

Bununla belə, Türkiyenin hədəfi 2030-cu ildə hasilatı dörd dəfə artırmaq və enerji ehtiyacının təxminən 10 faizini geotermal resurslardan əldə etməklə bu kateqoriyada dünya lideri olmaqdır.

Türkiyenin geotermal potensialı da kifayət qədər yüksək hesab olunur.

Potensial ərazilərin 78 faizi Qərbi Anadoluda, 9 faizi İç Anadoluda, 7 faizi Mərmərə bölgəsində, 5 faizi Şərqi Anadoluda, 1 faizi isə digər bölgələrdə yerləşir.

Geotermal ehtiyatların 90%-i aşağı və orta temperatur kimi təsnif edilir. Buna görə də istilik, termal turizm və sənaye obyektləri üçün istifadə olunur.

10 faizi elektrik enerjisi istehsalında istifadə olunur.

Türkiyedə geotermal enerjidən ilk elektrik enerjisi istehsalı 1975-ci ildə 0,5 meqavat gücündə olan Kızıldere Elektrik Stansiyası ilə başlamışdır.

1990-cı illərdən 2004-cü ilə qədər yürüdülən siyasətlər səbəbindən dayanan geotermal enerji ilə bağlı axtarış- kəşfiyyat işləri 2005-ci ildən etibarən  sürətləndirilmişdir. Kəşfiyyat-qazma fəaliyyətləri 28000 min metr dərinlikdə həyata keçirilir.

Geotermal enerjinin kəşfiyyatı üçün Mineral Tədqiqatlar və Kəşfiyyat Agentliyinə ayrılan vəsait 10 dəfə artırılıb.

Mənbənin şaxələndirilməsi ilə 2023-cü ilin əvvəlində elektrik enerjisi istehsalı 1686 meqavata yüksəldi.

Bundan əlavə, 150 mindən çox yaşayış yeri geotermal enerji ilə isidilir.

Türkiyenin mümkün geotermal istilik potensialının 4500 meqavat olduğu təxmin edilir.



Әlaqәli Xәbәrlәr