Qəhrəman qadınlarımız– Dilhan Eryurt

''Qəhrəman qadınlarımız'' proqramının bu günkü hissəsində türk astrofizik Dilhan Eryurt haqqında danışmaq istəyirik.

2103502
Qəhrəman qadınlarımız– Dilhan Eryurt

Qəhrəman qadınlarımız– Dilhan Eryurt

''Həyəcandan əlimdəki portağalı havaya atarkən fikir məni apardı.Portağalın necə də Günəşə bənzədiyini düşündüm.Günəş kimi yuvarlaq və narıncı rəngdə olduğunu. ''Günəş sistemini öyrədəndə portağallara üstünlük verilməsinin səbəbi budur” dedim öz-özümə. Biz hər gün Günəşlə oyanırıq və onunla yatırıq. O, həmişə bizimlədir, lakin çox vaxt var olduğunu fərq etməsək də, hamımız həyatımızı buna uyğun formalaşdırırıq. Elə o vaxt məndə bir sual yarandı: “Bəs bizim həmişə mövcud olan Günəşimizin ömrü varmı?”

Bu gün Yerdən təxminən 150 milyard metr uzaqlıqda olan bu ulduz üzərində araşdırmalar aparan və bu istiqamətdə daha çox şeyə nail olan türk astrofizik Dilhan Eryurt haqqında danışmaq istəyirik.

Dilhan Eryurt 1929-cu ildə İzmirdə anadan olub. Həmişə çox uğurlu və həvəsli şagird olmasına baxmayaraq, ən çox sevdiyi fən həmişə riyaziyyat olub. Bu həvəsi kosmosa olan marağı ilə qarşılaşdıqda orta məktəbi bitirdikdən sonra İstanbul Universitetinin Ali Riyaziyyat və Astronomiya fakültəsini bitirib. Daha sonra Ankara Universitetində assistent vəzifəsində çalışıb, doktorluq və dosentlik dərəcəsini alıb.

Bu heyrətamiz qadın təhsil almaq üçün öncə Kanadaya, oradan da Amerikaya gedib və NASA-nın Goddard Kosmik Araşdırmalar İnstitutunda işləməyə başlayıb. Dilhan Eryurt 1961-1973-cü illərdə NASA-da çalışıb.

O, araşdırmaları ilə Günəşlə bağlı əvvəllər səhv bilinən bəzi faktları düzəldib. O, Günəşin yarandığı gündən onun parlaqlığının artmadığını, onun keçmişdə daha parlaq və isti olduğunu sübut etmişdir. Bu məlumat o dövrdə yeni başlayan kosmik uçuşlar üçün çox vacib idi. Aya ilk enişdə verdiyi uğurlu töhfələrə görə 1969-cu ildə Apollon Nailiyyət Mükafatına layiq görülüb.

1973-cü ildə vətənə qayıdan Dilhan Eryurt ODTÜ Fizika Fakültəsi nəzdində astrofizika bölməsinin bünövrəsini qoydu və dərs dedi. Şagirdləri onun həmişə nəzakətli müəllim olduğunu deyirdi.

1988-ci ildə 6 ay fizika kafedrasının müdiri vəzifəsində çalışdıqdan sonra 5 il Fən-İncəsənət fakültəsinin dekanı vəzifəsini icra edib. 1993-cü ildə təqaüdə çıxıb, 2012-ci ildə isə dünyasını dəyişib.

Əlimdəki portağalı atmağa davam edərkən, gözümün ucu ilə televizora baxırdım. Sonra həyəcanla gözlədiyim o tarixi anın şahidi oldum. Alper Gezeravcı 19 yanvarda Türkiye vaxtı ilə saat 00.49-da ilk türk astronavtı olaraq kosmos səyahətinə başladı və mən bunu ekranda canlı izlədim.

Mən çox təsirləndim. Ertəsi gün ilk araşdırmama başladım. Öyrənməli çox şey var idi!

Dərhal Günəşlə bağlı özümə verdiyim sual ağlıma gəldi və Dilhan Eryurtla tanış oldum. Mən onun mövqeyinə, zəhmətinə, uğuruna və həm dünyaya, həm də bizə öyrətdiklərinə görə heyran oldum.

Ürəkdən inanıram ki, xalq olaraq astrofizika sahəsində daha böyük uğurlara imza atacağıq. Mən də bunun üçün çalışacağam!

Hekayəmizi Dilhan Eryurt və xəyalları yerә-göyә sığmayan hər kəsə həsr etmək istəyirik.



Әlaqәli Xәbәrlәr